Kevin Uilliamson

Kevin Uilliamson

Ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Kevin Mid Uilliamson — amerikalı ssenarist, prodüser, kinorejissor və aktyordur. Kaliforniya Universitetində təhsil aldığı müddətdə “Missis Tinqlı öldürmək” filminin ssenarisini yazır. Uilliamson qorxu filmi üçün “Çox qorxulu film” adlı ssenari yazır. Onun ssenarisi əsasında 1996-cı ildə rejissor Uest Kreyvenin çəkdiyi “Fəryad” filmi blokbasterə çevrilir. Ardınca “Fəryad 2” filmi böyük ekranlara çıxır. Üçüncü hissəni başlasada, Eren Kryüqer ssenarini bitirib. Uilliamson qeyri standart janrda olan yeni qorxu filminin ssenarisini yazır. Film Yer Kürəsinə hücum edən yadplanetlilərdən bəhs edir. 1999-cu ildə Uilliamson ilk ssenarisi əsasında ilk rejissor işini “Missis Tinqlı öldürmək” filmini çəkir. Filmdə tanınmış aktyorların iştirakına baxmayaraq film kinotənqidçilər tərəfindən mənfi qarşılanır. Kommersiya baxımından film uğursuz olur. Zaman ötdükcə film ən çox baxılan filmlər sırasında yerini ala bilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kevin_Williamson_(screenwriter)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç