Niv Kempbell

Niv Kempbell

Aktrisa

BİOQRAFİYA

Niv Edrienn Kempbell 3 oktyabr 1973-cü ildə Kanadanın Ontario bölgəsinin Quelf şəhərində anadan olub. Anası hollandiyalıdır – psixoloq və yoqa təlimatçısı işləyib, atası şotlandiyalıdır. Məktəbdə drama üzrə müəllim olub. Ana babası Amsterdamda teatr truppasının təşkilatçısı olub. Nivin iki yaşı olanda valideynləri boşanıb. Qardaşı Kristianla birlikdə başlıca olaraq atasının yanında qalıb. 9 yaşında olanda Kanadanın Milli Balet məktəbinə daxil olub və yataqxanaya məskunlaşıb. Tələbəlik illərində iki balet tamaşasında – “Şelkunçik” və “Yatmış gözəl”də iştirak edib. 15 yaşında olanda balet məktəbində təhsili yarımçıq buraxıb və özünü aktrisalığa həsr edib. Toronto teatrlarından birində “Opera kabusu” adlı tamaşada teatr debütünü gerçəkləşdirib. Dimension Films kinoşirkətinin “Haray (Sream)” adlı franşizasında yaratdığı Sidni Preskott obrazı ilə məşhurlaşıb. Karyerası ərzində televiziya/bədii film və seriallarda 60-a yaxın rola çəkilib. 1995-1998-ci illərdə Niv aktyor Ceff Koltla evli olub. 2007-ci ildə aktyor Con Layta ərə gedib və nikah münasibətləri 2011-ci ilə kimi davam edib. 2011-ci ilin may ayından bəri aktyor Cey Cey Fildlə faktiki nikahdadır. Cütlüyün iki oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Neve_Campbell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç