Ues Kreyven
Ssenarist, prodüser, rejissor, aktyor, montajçı, operator
Ues Kreyven 1932-ci ildə Ohayo şəhərində (Klivlend ştatı, ABŞ) Karolin (ilk soyadı Miller) və Pol Kreyvenin ailəsində anadan olub. Ailəsi protestant olub. Əvvəllər ingilis ədəbiyyatı üzrə fakültəyə daxil olsa da, uzun sürən xəstəlikdən sonra fakültəni tərk edir. Sonralar psixologiya ilə məşğul olur. 1963-cü ildə psixoloq vəzifəsinə layiq görülür. Nyu-Yorka qayıtdıqdan sonra bir müddət taksi şoferi işləyir. Səs rejissoru işlədikdən sonra 1971-ci ildə rejissor Şon Kanninhem ilə "Birlikdə" filmini çəkir. Beləcə, Ues Kreyven film karyerasının təməlini qoyur. Ues Kreyven "Təpələrin gözləri var" filminə görə mükafata layiq görülür. Film karyerasının ən uğurlu çəkdiyi film isə 1984-cü ildə çəkilən "Qarağac küçəsində qarabasma" filmi olur. Film, o cümlədən, Ues Kreyven tənqidçilər tərəfindən müsbət qarşılanmış və bir çox mükafata layiq görülüb. 1996-cı ildə "Qışqırıq" filmini çəkib. 2015-ci ildə "MTV" kanalında yayımlanan "Qışqırıq" serialında bir müddət prodüserlərdən biri olaraq çalışıb. Ues Kreyven Bonni Bröker (ing. Bonnie Broecker) ilə ailə həyatı qurduqdan sonra Conatan və Cessika adlı övladları dünyaya gəlir. Təxminən 10 il birlikdə yaşadıqdan sonra ayrılırlar. Bonni Broeker Tom Çapin ilə ailə həyatı qurub. Ardınca Ues Kreyven Mimi Kreyven ilə ailə həyatı qursa da, bir müddət sonra boşanırlar. Ues Kreyven çox keçmədən film prodüserlərindən biri olan İya Labunka ilə ailə həyatı qurur. Ues Kreyven 30 avqust 2015-ci il tarixində Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən evində, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ues_Kreyven