Nil Patrik Harris "The Matrix 4"ün Aktyor Heyətinə Daxil Oldu!

18 Oktyabr, 2019


Nil Patrik Harris (Neil Patrick Harris), Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı “The Matrix 4”ün aktyor heyətinə daxil oldu. Seriyanın 2-ci və 3-cü filmində Niobe’yi canlandıran Cada Pinkett Smitin (Jada Pinkett Smith) də aktyor heyətinə daxil olmaq üzrə olduğu danışılır. Hələlik “The Matrix 4” olaraq anılan yeni “Matrix” filmi üçün hazırlıqların sürət qazanmasıyla birlikdə aktyor heyəti də yavaş-yavaş formalaşmağa başladı.

Warner Bros. Picture Group Başkanı Tobi Emmerix (Toby Emmerich) avqust ayında verdiyi açıqlamada, son olaraq “Sense8”də rejissor kürsüsünə oturan Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı filmin baş rollarını Kianu Rivz (Keanu Reeves) və Kerri-En-Mosun (Carrie-Anne Moss) üstlənəcəyi vurğulanmışdı. Qısa müddət əvvəlsə "Akvamen" (Aquaman) filmiylə diqqəti üzərinə çəkən Yahya Abdul-Mateen II‘nin həyəcanla gözlədiyimiz yeni Matrix filmində əsas xarakterlərdən birini canlandıracağı ortaya çıxdı.

Картинки по запросу ‘Matrix 4’: Neil Patrick Harris Lands Role in Latest Installment

Bugün bu adlara bir yenisi daha əlavə olundu. How I Met Your Mother serialındakı Barney Stinson rolu ilə izləyicilərin könlünü qazanmağı bacaran “Emmi” mükafatlı aktyor Nil Patrik Harris (Neil Patrick Harris), The Matrix 4’ün aktyor heyətinə daxil oldu. Lana Vaçovskinin (Lana Wachowski) ssenarisini Cloud Atlas kitabının müəllifi olan David MitchellAleksander Hemon ilə birlikdə qələmə aldığı filmin mövzusu haqqında bilinənlər olduqca az olduğu üçün Nil Patrik Harrisin (Neil Patrick Harris) hansı xarakterə həyat verəcəyi hələlik naməlumluğunu qoruyur.

Картинки по запросу ‘Matrix 4’: Neil Patrick Harris Lands Role in Latest Installment

Digər yandan orijinal üçləmədən bir adın da dördüncü filmlə seriyaya geri qayıtması gündəmdədir. Deadline’ın xəbərinə görə yeni Matrix filmində rol alması üçün seriyanın 2-ci və 3-cü filmində Niobe’yə həyat verən Cada Pinkett Smitlə (Jada Pinkett Smith) görüşülür. Zion’dakı müqavimətin liderlərindən biri olan Niobe’nin yeni filmin hekayəsində necə bir rol oynayacağı maraq mövzusudur.

Çəkilişlərinə gələn ilin fevral ayında başlanacağı deyilən The Matrix 4’ün 2022-ci ildə izləyicilərin ixtiyarına verilməsi gözlənilir. Ancaq Warner Bros. hələ bu haqda rəsmi açıqlama verməyib.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər