"The Batman"də Catwoman’i Zoi Kravits Canlandıracaq!

16 Oktyabr, 2019


Robert Pattinson’un baş rolunu üstlənəcəyi, Mett Rivz (Matt Reeves) imzalı The Batman’Catwoman’i Zoi Kravits (Zoë Kravitz) canlandıracaq. Cloverfield, Let Me In"Meymunlar planeti: Müharibə" (War for the Planet of the Apes) kimi uğur qazanan filmlərə imza atan Mett Rivz (Matt Reeves) yazıb, rejissoru olacağı, son illərdə diqqət çəkici performanslara imza atan Robert Pattinson’un baş rolunu üstlənəcəyi yeni Batman filmi üçün hazırlıqların sürət qazanmasıyla birlikdə aktyor heyətində yer alacaq adlar da məlum olmağa başladı.

Filmdə yer alacağı bir müddətdir danışılan Selina Kyle, yani Catwoman xarakterinə Zoi Kravits (Zoë Kravitz) həyat verəcək. İlk olaraq Variety tərəfindən ortaya çıxarılan bu xəbər, Mett Rivz (Matt Reeves) tərəfindən də doğrulandı. Mett Rivz (Matt Reeves) və Warner Bros.’un Catwoman rolu üçün aktyorlarla görüşməyə başladığı ötən günlərdə ortaya çıxmış, rol üçün dəyərləndirilən adların Lupita Nionqo (Lupita Nyong’o), Tessa Tompson (Tessa Thompson), Ququ-Embata-Rou (Gugu Mbatha-Raw), Alexandra ShippLogan Browning olduğu iddia edilmişdi. Variety’nin xəbərində isə studiyanın rol üçün dəyərləndirməyə aldığı adlar arasında finala qalan son dörd adın Zoi Kravits (Zoë Kravitz), Zazi Bitts (Zazie Beetz), Eiza GonzalezAlisiya Vikander (Alicia Vikander) olduğu vurğulanır.

Картинки по запросу Zoe Kravitz to Play Catwoman in ‘The Batman’

Müğənni Lenny Kravitz ilə aktrisa Lisa Bonet’in qızı olan Zoi Kravits (Zoë Kravitz), son illərdə "Dəlisov Maks: Qəzəb yolu" (Mad Max: Fury Road), "Fantastik Məxluqlar və Onların Məskunlaşdığı Yer" (Fantastic Beasts and Where to Find Them) və Big Little Lies kimi diqqət çəkici proyektlərdə izləyicilərin qarşısına çıxaraq karyera pillələrini sürətlə yüksəldi. Robert Pattinson’lu The Batman filminin, 25 iyun 2021-ci ildə premyerası olacaq.
Filmdə Robert Pattinson və Zoi Kravitslə (Zoë Kravitz) yanaşı Komiser Gordon rolu ilə Ceffri Rayt (Jeffrey Wright) iştirak edir. Digər yandan ötən günlərdə filmdə Riddler’a həyat verməsi üçün Jonah Hill ilə görüşüldüyü ortaya çıxmış, ancaq sonrasında gələn məlumatlar studiyanın aktyor ilə razılaşma əldə etdiyini düşündürmüşdü.

Похожее изображение

Mett Rivzin (Matt Reeves) ifadəsilə “noir bir Batman hekayəsi danışacaq” və sevilən qəhrəmanın detektiv yönünə hədəfləncək olan The Batman’də birdən çox mənfi xarakterin yer alması gözlənilir. Bu ana qədər gələn məlumatlara baxılarsa PenguinRiddler də filmdə qarşımıza çıxacaq ikonik xarakterlər arasında yer alacaq. Batman ForeverSpider-Man 3 kimi çox sayda mənfi xarakterin yer aldığı filmlərin xəyal qırıqlığına çevrilməsi bu qədər çox mənfi xarakteri tək bir filmə sığdırma fikrinin çox yaxşı nəticə vermədiyi yönündə fikirlər yaratmış olsa da, The Batman haqqında bu ana qədər eşitdiklərimiz filmə bu problemlərin çox təsir etməyəcəyini düşündürür. Yani Mett Rivzin (Matt Reeves) bu xarakterlərdən birini - bu ana qədər gələn məlumatlara görə bu xarakter Riddler olacaq - ön plana çıxarıb, digər adları fərqli xarakterlər tərəfindən götürülən, yaşayan bir Gotham inşa etmək üçün istifadə olunması və beləcə davam filmləri üçün də sağlam təməllər atması mümkündür. Ortaya çıxan hər yeni adla bizi biraz daha həyəcanlandırmağı bacaran The Batman filminin, 25 iyun 2021-ci ildə premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

TVSEANS_MV   17.10.2019
Super!!! Təşəkkürlər!!!
2

Şəxslər