Alisiya Vikander

Alisiya Vikander

Aktrisa

BİOQRAFİYA

Alisiya Vikander 3 oktyabr 1988-ci ildə Höteburqda (İsveç) anadan olub. Hələ uşaq vaxtlarından aktrisalığa meyli olan Alisiya Amandanın istedadını anası Mariya Fal Vikander görür. Qızı o dərəcədə istedadlı idi ki, yaxşı rəqs edir və gözəl səsə malik idi. Ona görə də valideynləri bu istedadın üzə çıxması üçün əllərindən gələni edirdilər. Musiqi, vokal dərslərinə, eyni zamanda dramatik dərnəyə gedirdi. Doqquz yaşından isə Höteburq balet məktəbinə getməyə başlayır. 2001-ci ildə 13 yaşlı Alisiya Amandanın televiziya və səhnə debütü olur. Alisiya Vikanderin kinematoqrafik bioqrafiyası “İkinci istiqamət” dramatik serialından başlayır. Teatra gəldikdə isə, Höteburq opera səhnəsində bir neçə müzikılda iştirak edir. Vikander 16 yaşı olanda Kral Balet Məktəbində rəqs bacarığını artırmağa başlayır. 19 yaşlı Alisiya müxtəlif layihələrə dəvət alır. 2008-ci ildə Alisiya bir çox uğurlu layihələrə imza atır. ”Təmizlik” dramatik serialında kənd qızı Katarinanı canlandırır. 2010-cu ildə Vikanderin karyerası irəliləməyə davam edir. 2015-ci ildə Qay Riçinin "A.N.K.L agentləri” macəra filmində məşhur alman aliminin qızı Qabi Telleri oynayır. “Okeandakı işıq” filminin çəkilişi zamanı Alisiyanın tərəf müqabili, özündən 14 yaş böyük olan aktyor Maykl Fassbenderlə sevgi romanı başlayır. Həmin filmdə onlar ailə cütlüyünü oynayıblar. Ulduzlar arasında olan münasibət 10 ay davam edir. Lakin 2015-ci ildə iş qrafikləri ilə əlaqədar ayrıldıqlarını elan edirlər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alicia_Vikander

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç