Tessa Tompson

Tessa Tompson

Aktrisa

BİOQRAFİYA

Tessa Linn Tompson 3 oktyabr 1983-cü ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Uşaqlığı Kaliforniyada keçib. Santa Monika orta məktəbində oxuyub, paralel olaraq teatr tamaşalarında uşaq rollarına çəkilib. “Mavi ekranlarda” debütünü 2005-ci ildə “Veronika Mars” teleserialının ikinci mövsümündə daimi rollardan birinə çəkilməklə gerçəkləşdirib. Bundan başqa “Xəfiyyə Raş”, “Ehtirasın anatomiyası”, “Özəl praktika”, “Qəhrəmanlar” seriallarında qonaq rollara dəvət olunub. Böyük ekranlarda ilk dəfə “Zəng vuran yad adam” trillerində rol alıb. Daha sonra “Addım at”, “İnsan kontraktı”, “Dirilmiş ölü gəlin” və “Sevgi nəğmələri” filmlərinə çəkilib. Sonuncuda oynadığı rol ona ən yaxşı aktyor yüksəlişi nominasiyasında 2011-ci il “Black Reel” mükafatını qazandırıb. 2012-ci ildə “Polis” teleserialında baş rollardan birini oynayıb. Daha sonra isə “Park prospekti, 666” serialında qeyri-daimi rol alıb. Aktrisa karyerasında şöhrət qazanmasına “Lənətlənmişlərin Missisipisi” (2009) filmində oynadığı rol təkan verib. Daha çox “Sevgi nəğmələri” (2010), “Hörmətli ağ insanlar” (2014), “Selma” (2014), “Krid” (2015) və “Krid 2” (2018), “Tor: Raqnaroq” (2017) filmlərində yaratdığı ikinci dərəcəli obrazlarla tanınır. Televiziyada “Veronika Mars” (2005-2006) detektiv dramında oynadığı Ceki Kuk rolu ilə məşhurlaşıb. Bundan başqa “Polis” (2012-2013) serialında Sara Friman və “Vəhşi Qərb Dünyası” (2016-) fantastik serialında Şarlotta Heyl rolunu oynayıb. Geniş tamaşaçı kütləsi onu “Tor: Raqnarok” filmində oynadığı Valkiriya rolu ilə tanıyıb. 2018-ci ilin iyun ayında kaminq-aut edərək biseksual olduğunu elan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D0%BC%D0%BF%D1%81%D0%BE%D0%BD,_%D0%A2%D0%B5%D1%81%D1%81%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç