Yahya Abdul-Mateen II, “The Matrix 4”də Rol Alacaq!

14 Oktyabr, 2019


"Akvamen" (Aquaman) filmi ilə uğur qazanan Yahya Abdul-Mateen II, Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı “The Matrix 4”də əsas xarakterlərdən birini canlandıracaq. Hələ rəsmi bir açıqlama edilməsə də Abdul-Mateen II’in Morpheus’un gəncliyinə həyat verə biləcəyi danışılır. Uzun müddətdir gündəmdə olan yeni “Matrix” filmi üçün nəhayət dəqiq addımlar atılmağa başlanması ilə birlikdə filmin aktyor heyəti də formalaşmağa başladı.

Warner Bros. Picture Group rəhbəri Tobi Emmerix (Toby Emmerich) avqust ayında verdiyi açıqlamada, son olaraq “Sense8”də rejissor kürsüsünə oturan Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı filmin baş rollarını Kianu Rivz (Keanu Reeves) və Kerri-En-Mosun (Carrie-Anne Moss) üstlənəcəyi vurğulanmışdı. The Matrix seriyasının mərkəzində yer alan orijinal komandayı bir araya gətirən davam filmində Lorens Fişbörnün (Laurence Fishburne) yoxluğu diqqət çəkərkən, qısa müddət sonra çıxan xəbərlərdə filmdə Morpheus’un gənclik illərindəki halı ilə izləyicilərin qarşısına çıxacağı iddia edilmişdi.



Yeni The Matrix filmində gənc Morpheus’a kimin həyat verəcəyi maraq doğurmağa davam edərkən, filmin aktyor heyəti ilə bağlı vacib bir məlumat üzə çıxdı. Variety’nin xəbərinə görə "Akvamen" (Aquaman) filmiylə diqqətləri üzərinə çəkən Yahya Abdul-Mateen II, həyəcanla gözlədiyimiz “The Matrix 4”də əsas xarakterlərdən birini canlandıracaq. Yahya Abdul-Mateen II’nun gənc Morpheus’a həyatt verə biləcəyi danışılır.

İlk olaraq Baz Lurman (Baz Luhrmann) imzalı The Get Down serialındakı rolu ilə adını eşitdirən Yahya Abdul-Mateen II, əsas uğurunu isə "Akvamen" (Aquaman) filmiylə etdi. "Akvamen" (Aquaman) komikslərinin önəmli mənfi xarakterlərindən biri olan Manta’ya həyat verən Abdul-Mateen II, beləcə böyük büdcəli filmlərə addım atmış oldu. Son vaxtlarda UsBlack Mirror kimi proyektlərdə izləyicilərin qarşısına çıxan aktyor, bu il yayımlanacaq Watchmen serialında da önəmli bir rola sahib olacaq.

Похожее изображение

Lana Vaçovskinin (Lana Wachowski) ssenarisni Cloud Atlas kitabının müəllifi olan David MitchellAleksander Hemon ilə birlikdə qələmə aldığı filmin mövzusu haqqında bilinənlər olduqca az olduğu üçün Abdul-Mateen II’nun hansı xaraktərə yer verəcəyi naməlumluğunu qoruyur. Ancaq Variety və Deadline güvənilən qaynaqların aktyorun filmdə ana xarakterlərdən birini canlandıracağını vurğulaması, Abdul-Mateen II’in gənc Morpheus’a həyat verəcək ad ola biləcəyini düşündürür.

Çəkilişlərinə gələn ilin fevral ayında başlanacağı deyilən “The Matrix 4”ün 2022-ci ildə izləyicilərin ixtiyarına verilməsi gözlənilir. Ancaq Warner Bros. hələ bu haqda rəsmi bir açıqlama verməyib.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər