Lorens Fişbörn

Lorens Fişbörn

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Lourens Con Fişbörn 30 iyul 1961-ci ildə Corciya ştatında (ABŞ) anadan olub. Atası polis zabiti, anası isə məktəb müəllimi işləyib. Uşaqlıq illərində ailəsi Bruklinə köçüb. Balaca Fişbörnün istedadını məktəbdə ingilis dili müəlliməsi üzə çıxarıb. Valideynlərinə, onu aktyor studiyasına göndərməyi tövsiyə edib. Lourens bir neçə ilə müxtəlif teatrlara baş çəkir. Teatrda gənc Fişbörnün debütü 1975-ci ildə baş tutub. “Buğda, qraf və mən” adlı həmin tamaşada basketbolçu kumirinin qətlinə şahidlik edən yeniyetmə rolunu oynayır. 14 yaşı olanda, Nyu-Yorkda aktyor sənəti məktəbində oxuduğu vaxt həqiqi yaşı barədə yalan danışaraq, Frensis Ford Koppolanın “Apokalipsis bu gün” filminə çəkilir və orada Denis Hopperlə dostlaşır. Nəticədə Lourens Koppolanın daha üç filminə - “Döyüşkən balıq”, "Kotton klubu”, “Daş bağı” filmlərində çəkilir. “Qonşu uşaqlar” filmi onun karyerasında tramplin olub, ona böyük uğur qazandırıb. ABŞ kinematoqrafiya tarixində Lourens “Otello” pyesinin ekranizasiyasında baş qəhrəmanı oynayan ilk qaradərili aktyor olub (1995-ci ildə). “Şütüyən iki qatar” tamaşasında oynadığı rola görə “Toni” mükafatı laureatıdır. “Matrisa” filmindəki oyununa görə “Ən yaxşı döyüş” kateqoriyası üzrə MTV kanalının mükafatına layiq görülüb. “Qonşu uşaqlar” filmində Ceyson Stayls obrazını möhtəşəm canlandırdığına görə “Ən yaxşı aktyor” kateqoriyasında “NAACP Image Awards” mükafatını əldə edib. Həmçinin “Qızıl Qlobus” mükafatına namizəd olub. Ən məşhur rollarından biri “Matrisa” trilogiyasında eynəkli Morfeus roludur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Laurence_Fishburne

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç