Baz Lurman
Rejissor, ssenarist, prodüser, aktyor
Baz Lurman 17 sentyabr 1962-ci ildə Sidneydə (Avstraliya) anadan olub. Uşaqlığında və gəncliyində atasının balet məktəbində fəaliyyət göstərib, valideynləri boşandıqdan sonra işdən ayrılır. O, Avstraliya kino məktəbi olan “National Institute of Dramatic Art”da təhsil alıb. Məktəbi bitirdikdən sonra teatr truppası yaradıb, fərqli opera tamaşaları və müzikllar üzərində işləyir. Rejissor uğurunu Puççininin “Bohema” opera tamaşası ilə qazanır. Tamaşa 1990-cı ildən 1996-cı ilə qədər Sidney operasının səhnəsində qoyulur. 1992-ci ildə Lurman rejissor kimi eyniadlı teatr tamaşası əsasında çəkilən “Ciddi qanunlar” filmi ilə debüt edir. “Mulen Ruj” və “Romeo+Cülyetta” filmləri ilə şöhrət qazanıb. 2011-ci ilin fevralından 2012-ci ilə qədər Fitsceraldın “Böyük Getsbi” əsəri əsasında çəkilən film çəkilişləri ilə məşğul olub. Filmdə baş rolları Leonardo Di Kaprio, Keri Malliqan, Tobi Maquayr və Ayla Fişer canlandırıb. 15 may 2013-cu ildə Kann kinofestivalının açılışı bu filmlə olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: