Alisiya Vikanderli "Earthquake Bird"dən Treyler Yayımlandı!

12 Oktyabr, 2019


Baş rollarında Alisiya Vikander (Alicia Vikander) və Rayli Kionun (Riley Keough) yer aldığı, Still Alice və  "Kolett" (Colette) filmləri ilə tanınan Uoş Uestmolendin (Wash Westmoreland) Netflixdə göstəriləcək yeni filmi Earthquake Bird’dən treyler yayımlandı.

The Danish Girl filmindəki performansıyla “Oskar” qazanan, ən son "Tomb Rayder: Lara Kroft" (Tomb Raider) filmində filmsevərlərin qarşısına çıxan Alisiya Vikander (Alicia Vikander) və hər il filmoqrafiyasına o ilin diqqət çəkən proyektlərini sığdırmağı bacaran; "Dəlisov Maks: Qəzəb yolu" (Mad Max: Fury Road), American Honey, It Comes at Night kimi filmlərdə rol alan Rayli Kio (Riley Keough), Netflix filmi Earthquake Bird üçün bir araya gəlir.

Картинки по запросу ‘Earthquake Bird’ Trailer: Alicia Vikander

Still Alice daxil olmaq üzrə daha əvvəl dörd uzunmetrajlı filmini də Richard Glatzer’la birlikdə çəkən, Kira Naytli (Keira Knightley) "Kolett" (Colette) filmi ilə ilk dəfə bir filmin rejissor kürsüsünə tək oturan Uoş Uestmolendin (Wash Westmoreland), Susanna Jones’un eyniadlı romanından filmə adaptasiya olunan bu filmin rejissorluğunu üstlənir.

Alisiya Vikander (Alicia Vikander) və Rayli Kiolu (Riley Keough) Earthquake Bird’, əzab dolu keçmişinin təsirindən qurtula bilməmiş sirli mühacir Lucy Fly’ın yaşadıqlarını mövzu götürür. Yaraşıqlı ancaq, eynən özü kimi problemli yerli fotoqraf Teiji ilə sıx bir münasibət yaşamağa başlayan Lucy’nin həyatı, yeni tanış olduğu Lily Bridges’in anidən ortadan itməsilə dəyişir. Polisin Lily’nin öldüyündən şübhələnməsindən sonra Lucy soyuqqanlılığını qorumaqda çətinlik çəkir. Filmdə Alisiya Vikander (Alicia Vikander), Lucy Fly’ı canlandırarkən; Rayli Kio (Riley Keough) da Lily Bridges’ə həyat verir.

Filmin aktyor heyətində Naoki Kobayashi, Cek Hyuston (Jack Huston), Kiki Sukezane kimi adlar da yer alır. Psixoloji olaraq sarsıdıcı və narahat edici bir abu-havaya sahib bir qorxu filmi olaraq qeyd edilən Earthquake Bird’, 15 noybrda Netflixdə yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər