Rayli Kio
Aktrisa, model
Daniel Rayli Kio 29 may 1989-cu ildə Santa-Monikada (ABŞ) anadan olub. Müğənni Elvis Presli və aktrisa Pristsilla Preslinin nəvəsidir, Liza Mariya Presli və onun birinci əri, müğənni və şair Denni Kionun qızıdır. Onun doğma, balaca qardaşı Bencamin Storm Kio və anasının dördüncü nikahından əkiz bacıları var - Finli Aaron Lav Lokvud və Harper Vivyen Enn Lokvud. Rayli ilk dəfə podiuma 14 yaşında çıxıb. Domeniko Dolçe və Stefano Qabbana səhnə arxasından qızı diqqət yetirir. Tezliklə Kio Milanda "Dolce&Gabbana" modelini nümayiş etdirir. Sonra "Dior", "Victoria's Secret" şousu və "Vogue" ilə müqavilə imzalayır. Aktrisanın ən uğurlu rolu “Dəlisov Maks: Qəzəb yolu” filmindəki personajıdır. Bu filmin çəkilişləri zamanı kaskadyor Ben Smit Petersenlə bir-birinə aşiq olur və 2015-ci ildə evlənirlər. 2016-cı ildə Kionun iştirakı ilə “Amerikalı gözəlçə”, “Bura bizim yerimiz deyil”, “Sevgi mahnısı” filmləri ekrana çıxır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Riley_Keough