Kira Naytli
Aktrisa
Kira Kristina Naytli 26 mart 1985-ci ildə Teddinqtonda (İngiltərə) aktyor Uill Naytli və aktrisa Şerman MakDonaldın ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuyan Kiranın arzusu aktrisa olmaq idi. Altı yaşı olanda Kiranın şəxsi agenti var idi. Yeddi yaşında "Royal Celebration" filmində balaca qız obrazında çəkilir. 11 yaşında artıq mini-seriallarda və teleşoularda iştirak edir. Daha sonra “Qəsəbə işləri” (1994), “Günahsız yalan” (1995), “Xəzinə axtaranlar” (1996) və Piter Otulla “Evə qayıdış” (1998) filmlərində çəkilir. Aktrisanın uğur qazanmağında rol oynayan amillərdən biri də üzdən Natali Portmana oxşarlığının olması idi. Qrimləndikdə Kira və Natalini hətta doğma anaları belə seçə bilmirdilər. İlk ciddi rolu 1999-cu ildə Britaniya istehsalı olan “Oliver Tvist” serialında olur. İlk əsas rolu isə 2001-ci ildə "Disney" studiyasının istehsalı olan “Robin Qudun qızı. Oğrular şahzadəsi” filmində olur. Nəhayət, məşhurluq məqamı çatır - 2002-ci ildə “Bekhem kimi oyna” filmində yeniyetmə qız rolunda çəkilir. Dünya prokatından 76 milyon dollar gəlir gətirən film aktrisaya gözlənilən məşhurluğu qazandırır. Şöhrətin zirvəsinə çatmaqla çox sayda təkliflər alır. Kira ingilis ədəbiyyatını, tarixini öyrənməyə başlayır. 2003-cü ildə Kira Naytli Qor Verbinskinin “Karib dənizinin quldurları. Qara mirvarinin lənəti” filmində əsas qadın rolunu oynayır. Conni Depp və Orlando Blum kimi Hollivud ulduzlarının əhatəsində olan aktrisa təkcə populyar olmur, eyni zamanda ona "Hollivud olimpi"nə çıxmağa təkan verir. Bundan sonra aktirsa "Karib dənizinin quldurları"nın növbəti serialarında çəkilir. Elizabet Svon personajı Kiranı dünyada məşhurlaşdırır. Ardınca “Real məhbbət” (2003), “Kral Artur” (2004), “Pencək” (2005), “Domino” (2005), “Qürur və qərəz” (2005) filmlərində çəkilir. Sonuncu adı çəkilən filmə görə Kira Naytli "Ən yaxşı aktrisa" kimi "Oskar" mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kira_Naytli