"Qay Riçi"nin (Guy Ritchie) Mettyu MakKonahi (Matthew McConaughey), Çarli Hannem (Charlie Hunnam), Kolin Farrel (Colin Farrell), Hyu Qrant (Hugh Grant) və Mişel Dokeri (Michelle Dockery) kimi adları bir araya gətirən yeni filmi "The Gentlemen"dən ilk kadrlar və afişa yayımlandı.
Lock, Stock and Two Smoking Barrels ilə film dünyasına təsiredici bir giriş edən "Qay Riçi" (Guy Ritchie), sonrakı illərdə Snatch və Revolver ilə karyera pillələrini sürətlə dırmanmış, hətta bir vaxtlar Kventin Tarantino (Quentin Tarantino) ilə birlikdə ən həyəcanverici rejissorlar arasında xatırlanırdı. Ancaq rejissor son illərdə daha çox Şerlok Holms (Sherlock Holmes), The Man from U.N.C.L.E. və "Kral Artur: Qılınc əfsanəsi" (King Arthur: Legend of the Sword) kimi böyük büdcəli kəskin janrlı filmlərinə üstünlük verməyə başladı. Öz fikirlərindən yola çıxaraq çəkdiyi filmləri geridə qoyub studiyalar tərəfindən inkişaf etdirilmiş proyektlərin rejissorluğunu üstlənməyə başlayan Riçi, bu seçimlə bir çox filmsevəri xəyal qırıqlığına uğratdı. Son olaraq Disney’in live-action versiyası Aladdin’in rejissor kürsüsünə oturan Riçi, illər sonra ondan görməyə alışıq olduğumuz filmlərə geri qayıdır.
İstər mövzusu, istər ortaya çıxma şəkli ilə rejissorun ilk dövr filmlərini andıran "The Gentlemen", ya da ilk eşidildiyi vaxtdakı adıyla Toff Guys, qarşıdakı il filmsevərlərlə görüşəcək. Geniş bir aktyor heyətini bir araya gətirən film üçün həyəcanlı gözləmə davam edərkən, filmdən ilk kadrlar yayımlandı.
Çarli Hannem (Charlie Hunnam), Mettyu MakKonahi (Matthew McConaughey), Hyu Qrant (Hugh Grant), Kolin Farrel (Colin Farrell), Henry Golding, Jeremy Strong, "Mişel Dokeri" (Michelle Dockery) və Eddi Marsan (Eddie Marsan) kimi adların aktyor heyətində yer aldığı film, bir narkobaronunun hekayəsini danışır.
Mickey Pearson (Matthew McConaughey) Londonda son dərəcə karlı bir marixuana imperatorluğu quran bir amerikalıdır. Mickey’nin sonsuzadək bu sektordan çəkilməyi planladığı qulaqdan qulağa yayılmağa başlayınca Mickey’ni sui-qəsd, şantaj, rüşvət və yerini əlindən almaq üçün bir-birləri ilə yarışan cinayətkarların öhdəsindən gəlmək lazım gəlir. ABŞ-da 24 yanvar 2020-ci ildə The Gentlemen’ın premyerası olacaq.