"Terminator: Qara Tale"dən Növbəti Treyler Yayımlandı!

03 Oktyabr, 2019


"Dedpul" (Deadpool) ilə tanınan Ticey Millerin (Tim Miller) rejissoru olduğu, Arnold Şvartsenegger (Arnold Schwarzenegger) və Linda Hemiltonlu (Linda Hamilton) "Terminator: Qara Tale"dən (Terminator: Dark Fate) yeni bir treyler yayımlandı. Ceyms Kemeronun (James Cameron) prodüserliyini üstləndiyi filmin, 1 noyabrda premyerası olacaq.

Kəskin janrlı və elmi-fantastik klassikləri arasında yer alan Terminator, gələn ay yeni bir filmlə böyük ekrana geri qayıdacaq. 2017-ci ildə seriyanın haqlarını geri alan Ceyms Kemeronun (James Cameron) prodüserliyini üstləndiyi yeni Terminator filminin rejissor kürsüsündə Deadpool ile tanınan və bu il “Love, Death & Robots” ilə adından söz etdirən Ticey Miller (Tim Miller) oturur.  "Terminator: Qara Tale" (Terminator: Dark Fate) adını daşıyan film üçün tanıtım işlərini davam etdirən Paramount Pictures, həyəcanla gözlənilən filmdən yeni bir treyler yayımladı.

Похожее изображение

Ceyms Kemeronun (James Cameron) və Ticey Milleri (Tim Miller) bir araya gətirməsi ilə həyəcan yaradan "Terminator: Qara Tale" (Terminator: Dark Fate), 1991-ci il istehsalı "Terminator 2: Axirət günü"ndən (Terminator 2: Judgment Day) sonra çıxan Terminator filmlərini görməzdən gələrək, Kemeronun rejissoru olduğu ilk iki filmin davamı olacaq. "Terminator 2: Axirət günü"ndən (Terminator 2: Judgment Day) sonra çıxan bütün Terminator filmlərinin gözlənməsi nəzərə alındığında, seriyanın gələcəyi üçün bu son dərəcə yerində bir qərar olaraq görülür.

T-800 rolu ilə Arnold Şvartsenegger (Arnold Schwarzenegger) və Sarah Connor xarakteri ilə Linda Hemiltonun (Linda Hamilton) geri qayıdacağı Dark Fate’də bu iki peşəkar adlarla yanaşı gənc aktyor iştirak edəcək. Halt and Cath Fire serialı ilə uğur əldə edən Makkenzi Devisin (Mackenzie Davis) HemiltonArnold Şvartsenegger (Arnold Schwarzenegger) ilə baş rolları paylaşacağı filmin aktyor heyətində Gabriel Luna, Natalia ReyesDieqo Boneta (Diego Boneta) kimi adlar yer alır.



Yayımlanan bu yeni treyler də Natalia Reyes tərəfindən canlandırılan Dani Ramos xarakterinə hədəflənir. Bugünə qədər yayımlanan treylerlərdən anladığımız qədər Ramos hekayədə ilk Terminator filmindəki Sarah Connor’a oxşar bir rol oynayacaq. Robotların niyə Sarah Connor və John Connor’ın izini buraxıb Dani Ramos’a hədəfləndiklərini görmək üçünsə filmi izləyənə qədər gözləməyimiz lazım olacaq. Filmin ssenarisini, Ceyms Kemeronun (James Cameron) Devid S. Qoyer (David S. Goyer) və Justin Rhodeslə birlikdə yazdığı hekayədən yola çıxaraq RhodesBilli Rey (Billy Ray) qələmə aldı.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər