Uill Smit "The Council"də Nicky Barnes’a Həyat Verəcək!

30 Sentyabr, 2019


Uill Smit (Will Smith), daha əvvəl "Müdafiəçi"də (Concussion) birlikdə çalışdığı Piter Landesmanın (Peter Landesman) yazıb, rejissoru olacağı The Council’də Nyu-York cinayət dünyasının önəmli adları arasında yer alan Harlemlı qanqster Nicky Barnes’a həyat verəcək.

Bu il Aladdin ilə adını eşitdirən, gələn ay isə Enq Li (Ang Lee) imzalı Gemini Man’də filmsevərlərin qarşısına çıxacaq olan Uill Smit (Will Smith) ümumi olaraq Bright, "İntihar dəstəsi" (Suicide Squad) və Aladdin kimi böyük büdcəli studiya proyektlərində filmsevərlərin qarşısına çıxsa da, arada Seven Pounds"Müdafiəçi"dəki (Concussion) kimi aktyorluq bacarıqlarını daha yaxşı nümayiş etdirməsinə imkan yaradan proyektlərdə yer almağa laqeyd yanaşmır. Bu mənada yeni proyektlərini çeşidləndirməyə davam edən Smit, diqqət çəkici bir proyektə daxil oldu.

Картинки по запросу Will Smith films

Smit, Nyu-York cinayət dünyasının önəmli adları arasında yer alan Harlemli qanqster Nicky Barnes’ın həyatını danışacaq The Council’in baş rolunu üstlənəcək. Film Smiti daha əvvəl "Müdafiəçi"də (Concussion) birlikdə çalışdığı Piter Landesmanla (Peter Landesman) yenidən bir araya gətirəcək.
"Müdafiəçi"nin (Concussion) rejissoru olan Piter Landesman (Peter Landesman)n, Uill Smitin baş rolunu üstləndiyi The Council’i yazıb, rejissorluq edəcək.

Похожее изображение

Film, Afro-Amerikan yeddi adamın bir araya gələrək qurduğu cinayətkar qrupun 1970 və 1980-ci illərdə Harlem’a necə hökm etdiyini danışacaq. Harlem’da qara dərili amerikalıların özləri özlərini idarə edə biləcəkləri və öz özlərinə kifayət edə biləcəkləri bir şəhər dövləti qurmanın xəyalını quran bu yeddi adam, bu xəyallarını gerçəkləşdirməyə sponsurluq edə bilmək üçün narkotik ticarətinə yönələcək. Film, bu yeddi adamın təşkil etdiyi şuranın başındakı Nicky Barnes ilə digər üzvləri arasındakı Shakespearevari güc müharibəsinə hədəflənəcək.

Əslində Nicky Barnes filmsevərlərin tanımadığı bir ad deyil. "Amerikalı qanqster"də (American Gangster) Denzel Vaşinqtonun (Denzel Washington) canlandırdığı Frank Lucas’ın ən önəmli rəqibi olan Nicky Barnes, filmdə Küba Qudinq kiçik (Cuba Gooding Jr.) tərəfindən canlandırılmışdı.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər