Küba Qudinq kiçik
Aktyor
Küba Qudinq kiçik 2 yanvar 1968-ci ildə, 70-ci illərin tanınmış blüz qrupu sayılan “The Main Ingredient” qrupunun üzvü Küba Qudinq böyük-ün ailəsində anadan olub. Əsli Barbadosludur. Kübanın iki qardaşı və bir bacısı var. Qudinq böyük-ün 1972-ci ildə buraxdığı sinqlın fantastik uğurundan sonra ailə Los-Ancelesə köçüb. İki ildən sonra gələcək aktyor ailəsindən ayrılır. "North Hollywood High School", "Tustin High School", "Apple Valley High School" və "John F. Kennedy High School" kimi məktəblərdə oxuyub. Oxuduğu məktəblərin üçündə sinifkom olub. 1994-cü ildə Küba sinif yoldaşı Sara Kapferlə evlənib. Onların nikahdan üç övladı dünyaya gəlib. Səhnədə ilk debütünü rəqqas olaraq gerçəkləşdirib. 1984-cü ildə Los-Ancelesdə keçirilən Olimpiya oyunlarının açılış mərasimində Layonel Riççinin rəqs qrupunun üzvü kimi çıxış edib. Qudinq bir müddət reklam çarxlarına və televiziya seriallarına çəkilib. 1988-ci ildə isə Eddi Mörfinin kult filmi sayılan “Amerikaya səyahət” romantik komediyasında epizodik rolla debütünü gerçəkləşdirir. 1996-cı ildə “Cerri Maquayer” tragikomediyasında Rod Tidvel rolunda “Oskar” mükafatı qazanıb. 1997-ci ildə “People” jurnali Küba Qudinqi dünyanın ən gözəl 50 siması adlı siyahıya daxil edib. “Ən yaxşı ikinci plan aktyoru kateqoriyasında “Oskar” mükafatı laureatıdır (“Cerri Maquayer” tragiokomediyasında oynadığı Rod Tidvell roluna görə). 2002-ci ildə Hollivudun Şərəf xiyabanında adına ulduz lövhəsi qoyulub. 1990-cı illərin sonlarında 2000-ci illərin əvvəllərində populyarlaşıb. Belə ki, həmin müddət ərzində karyerasının ən uğurlu ekran əsərlərinə, o cümlədən “Qonşu uşaqlar” (1991), “Cerri Makquayer” (1996), “Bundan yaxşı ola bilməz” (1997), “Arzular hara aparır” (1998), “Hərbi dalğıc” (2000), “Pörl Harbor” (2001), “Qar itləri” (2002) və “Radio” filminə çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Cuba_Gooding_Jr.