Baş rollarında Mark Ruffalo və Enn Heteueyin (Anne Hathaway) yer aldığı, DuPontu verdiyi məhkəməsi illərdir davam edən kimyəvi tullantı qalmaqalını açan ekoloq vəkil Robert Bilottun hekayəsinə əsaslanan Todd Haynes tərəfindən hazırlanan "Dark Waters"in treyleri yayımlandı.
Far From Heaven, I’m Not There və Carol kimi möhtəşəm filmləri film dünyasına hədiyyə edən Todd Haynesin, son filmi Wonderstuck uğursuz nəticəyə səbəb olmuşdu. Wonderstuck’la gələn xəyal qırıqlığını aradan qaldırmaq istəyən Haynesin, yeni filmi "Dark Waters"la bu il çox danışılacağı ehtimal olunur.
Nathaniel Rich’in The Lawyer Who Became DuPont’s Worst Nightmare başlıqlı New York Times məqaləsindən filmə adaptasiya olunan Dark Waters, DuPont skandalının sirli qalmış gerçəklərini üzə çıxarır. Film, DuPontu verdiyi məhkəməsi illərdir davam edən kimyəvi tullantı qalmaqalını açan ekoloq vəkil Robert Bilottun hekayəsini danışır.
Filmdə Robert Bilott’u, ən son "Qisasçılar: Final"da (Avengers: Endgame) Hulk olaraq izlədiyimiz Mark Ruffalo canlandırır. Aktyor heyətində Mark Ruffalo ilə yanaşı Enn Heteuey (Anne Hathaway), Tim Robbins, Bill Camp, Viktor Qarber (Victor Garber), Mare Winningham, William Jackson Harper və Bill Pullman kimi film və televiziya dünyasının tanınmış adlar iştirak edir.
Focus Features’ın prodüseri olduğu filminin, Amerikada 22 noyabrda, tam da mükafat sezonunda premyerası olacaq. Film, rejissoru, aktyor heyəti və mövzusu baxımından “Oskar” yarışında iddialı olma potensialına malikdir.