Bill Pullman

Bill Pullman

Aktyor

BİOQRAFİYA

Uilyam Ceyms “Bill” Pullman 17 dekabr 1953-cü ildə ABŞ-ın Nyu-York ştatının Hornell şəhərində həkim ailəsində dünyaya gəlib. 6 qardaş-bacısı var. Onların əksəriyyəti valideynləri kimi tibb sahəsində çalışır. Məktəbi bitirdikdən sonra Pullman Massaçusets Universitetində rejissorluq fakültəsində oxuyub. Məzun olduqdan sonra öz yazdığı pyeslərə prodüserlik edib və Montana Universitetində mühazirə deyib. Teatr debütü Nyu-Yorkda baş tutub. Brodveydə tez-tez səhnəyə çıxıb. Los-Ancelesə köçməsindən sonra 1987-ci ilə kimi teatr fəaliyyətini davam etdirib. Ancaq Mel Bruksun onu “Kosmik yumurtalar” adlı parodiya-komediyasına dəvət etməsindən sonra kinokaryerasına qədəm qoyub. Həmin filmin ardınca “Məcburi turist”, “Siettldəki oyaqlar”, “Kasper” kimi reytinqli filmlərə çəkilir. 1996-cı ildə karyerasının ən mötəbər filmi sayılan rejissor Rolland Emmerixin “Müstəqillik günü” elmi fantastik trillerinə çəkilib. Daha çox “Müstəqillik günü” (1996) elmi-fantastik trilleri və onun sikvelində (2016) prezident Tomas Uitmor, “Kosmik yumurtalar” filmində Lon Starr, “Cinslərin savaşı” filmində Cek Kramer, “Böyük nizamlayıcı” (2014) filmində və onun sikvelində Brayan Plammer, “Daxilimdəki qatil” (2010) filmində Uilyam Frik rollarına görə tanınıb.

ƏTraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Пуллман,_Билл

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç