Viktor Qarber

Viktor Qarber

Aktyor

BİOQRAFİYA

Viktor Qarber 1949-cu ildə Kanadada yəhudi ailəsində anadan olub. Natan adlı qardaşı və Alis adlı bacısı var. On iki yaşında ikən Viktorda birinci tip diabet aşkar olunur. Valideynləri Altsheymer xəstəliyinin güclənməsi səbəbindən vəfat edirlər. Qarber 16 yaşında Toronto Universitetinə qəbul olunur. Qarberin məşhur rollarından biri "Titanik" filmindəki Tomas Endryus roludur. Kinoda ilk əlamətdar rollarından biri 1993-cü ildə ekranlara çıxmış “Siettl şəhərinin oyaqları” filmində Qreq rolu olub. 1996-cı ildə “İlk həyat yoldaşları klubu” komediyasına çəkilib. 2001-2006-cı illərdə “Casus” serialında Cek Bristou roluna çəkilib və üç dəfə “Emmi” mükafatına namizəd olub. 20 ildən çoxdur ki, Brodvey səhnəsində çıxış edir, mütəmadi olaraq tamaşalarda və müzikllarda iştirak edir. “Lənətə gəlmiş yankilər”, “Səhnəarxası səs-küy”, “Suini Todd – Flint Stritdən olan əcinə bərbər” kimi musiqili tamaşalarda rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Victor_Garber

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç