"Parıltı"nın Davam Filmi "Yuxu Həkimi"ndən Yeni Treyler Yayımlandı!

13 Sentyabr, 2019


The Haunting of Hill House ilə möhtəşəm iş ortaya çıxaran Mike Flanagan’ın yazıb rejissoru olacağı, Yuven MakQreqorun (Ewan McGregor) baş rolunda yer aldığı, "Parıltı"nın (The Shining) davam filmi "Yuxu Həkimi"ndən (Doctor Sleep) yeni treyler yayımlandı.

Stiven Kinqin (Stephen King) 2013-cü ildə yayımlanan eyniadlı romanından filmə adaptasiya olunan, film tarixinin kült filmlərindən "Parıltı"nın (The Shining) davam filmi "Yuxu Həkimi" (Doctor Sleep), bu ilin ən çox maraq edilən filmlərindən biridir. "Yuxu Həkimi" (Doctor Sleep), "Parıltı"da (The Shining) otel dəhlizlərində üç təkərli velosipedilə gəzməsi ilə ağıllarda qalan Danny Torrence’ın həyatını mövzu götürür. Filmdə Danny Torrence’i, uşaqlıq travmasını üstündən atmamış, 40 yaşlarında həyata adaptasiya olmaqda çətinlik çəkən bir xarakter olaraq izləyəcəyik.

Картинки по запросу Doctor Sleep's Freaky Final Trailer Goes Full Shining In Danny's Return To Overlook Hotel

"Parıltı"nın (The Shining) mirasını necə davam etdirəcəyini maraq oyandıran film, prodüser şirkəti ilə bizi həyəcanlandırır. Yuven MakQreqor (Ewan McGregor), filmdə Danny Torrence’ın gənc halını canlandırır. Yuven MakQreqorla (Ewan McGregor) bərabər filmin aktyor heyətində Rebekka Fergüson (Rebecca Ferguson), Kyliegh Curran, Brüs Qrinvud (Bruce Greenwood), Zahn McClarnon, Jacob TremblayEmily Alyn Lind kimi adlar yer alır.



Oculus, HushGerald’s Game kimi qorxu janrlı filmləri ilə adını eşitdirən, The Haunting of Hill House ilə möhtəşəm iş ortaya çıxaran Mike Flanagan, filmin rejissoru və senaristi olaraq qarşımıza çıxır. Daha əvvəl "Yuxu Həkimi" (Doctor Sleep) üçün “karyeramın ən vacib və bənzərsiz işlərindən biri” kimi vurğulayan rejissor, Stenli Kubrikin (Stanley Kubrick) kölgəsində qalacağını düşündüyünü qeyd edərkən, Danny Torrance’ın dastan kimi hekayəsindən çox təsirləndiyi üçün bu filmi çəkdiyini dilə gətirmişdi.

Gerald’s GameThe Haunting of Hill House’da rejissorla çalışmış olan Newton Brothers‘ın musiqilərinin bəstələdiyi film, ölkəmizdə 22 noyabrda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər