Stenli Kubrik

Stenli Kubrik

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Stenli Kubrik 26 iyul 1928-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində anadan olub. Amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqraf olub. Yeni Hollivud dalğasının nümayəndəsi kimi tez-tez kino tarixinin ən böyük və nüfuzlu rejissorlarından biri hesab olunur. Onun filmləri, xüsusilə romanlar və ya qısa hekayələrdən filmə adaptasiya edilmiş bir çox janrı əhatə edən filmlərdir ki, öz realizminə, qara yumoruna, unikal kinematoqrafiyasına, geniş səhnə tərtibatına və yaddaşda canlanan musiqi istifadəsinə görə qeyd olunur. Kubrik Bronksda (Nyu-York) böyüyüb, orta təhsilini 1941-1945-ci illərdə Vilyam Hovard Taft orta məktəbində alıb. Məktəbdə kafi qiymətlər almasına baxmayaraq, ədəbiyyata, fotoqraflığa və filmə kiçik yaşlardan olan dərin marağı film istehsalı və rejissorluğu sahəsində dərin biliklərə yiyələnməyinə səbəb olub. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində "Look" jurnalı üçün fotoqraf işləyərkən artıq az büdcəli qısa filmlər çəkməyə başlayıb. Özünün ilk böyük Hollivud filmi olan "The Killing"i (Qətl) 1956-cı ildə United Artists korporasiyası üçün çəkib. Bunun ardınca, Kirk Duqlas ilə əməkdaşlıq nəticəsində müharibə mövzusunda "Paths of Glory" ( Şöhrət Yolu) və tarixi epik janrda olan "Spartacus" (Spartak) filmi ortaya çıxır. Bir kinorejissor kimi Hollivudda nüfuzu artan Kubrik, Marlon Brando tərəfindən One-Eyed Jack (1961) filmi üçün təklif alsa da sonda Brando özü rejissor kreslosuna oturur. Kirk Duqlas ilə əməkdaşlıqdan yaranan yaradıclıq fərqləri, Hollivudla ədavət, ABŞ-da artan cinayət aktları onu 1961-ci ildə geri qalan karyerasının və həyatının çoxunu keçirdiyi Birləşmiş Krallığa köçməyə vadar edir. Həyat yoldaşı Kristin ilə birgə yaşadığı Hartfordşirdəki evini öz iş yerinə çevirir, yazılarını, araşdırmalarını və redaktələrini burada həyata keçirir. Filmlərində bütün idarəetməni öz əlinə almaqla yanaşı bir sıra böyük Hollivud studiyalarından nadir halda rastlanılan maliyyə dəstəyi ala bilmişdi. Onun ingilis istehsalı olan ilk iki filmi "Lolita" (1962) və "Dr.Strangelove" (1964) olub. Kubrik detallara olan diqqəti və musiqidən məharətlə istifadəsinə görə fərqlənir. Tələbkar mükəmməliyyətçi kimi daima film üzərində çoxşaxəli idarəetməni saxlayaraq rejissorluqdan, ssenaridən tutmuş redaktəyə, araşdırmalara, səhnə tərtibatına qədər böyük əmək sərf edib, aktyorları ilə çox sıx əlaqədə çalışıb. Filmlərində eyni səhnəni təkrar-təkrar tələb etdiyi üçün aktyorlarla konfliktlər belə yaranırdı. Aktyorlar arasında mənfi şöhrət sahibi olmasına baxmayaraq Kubrikin filmləri kinematoqrafiyada yeni cığırlar aça bilmişdi. Elmi realizm və qabaqcıl xüsusi effektlərlə film tarixində bənzərsiz hesab edilən "2001: A Space Odyssey" (1968) Kubrikə "ən yaxşı vizual effektlər" nominasiyası üzrə ilk "Oskar"nı qazandırır. Stiven Spilberq filmi öz dövrünün "böyük partlayışı" hesab edir. Film ən yaxşı filmlər səsvermələrində öz yerini tutub. Kubrik 7 mart 1999-cu ildə dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Stenli_Kubrik

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç