Stiven Kinq 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində (ABŞ) dünyaya göz açıb. Ailənin ikinci övladı olan Stiven atasının əsl soyadı soyadını daha yaxşı səslənən Kinqə dəyişdirir. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olur. Belə ki, Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan bir daha uşaq dünyaya gətirə bilmir. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda onun atası ailəni tərk edərək bir daha geri qayıtmır. Uşaqları tənha böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörək sexində çalışırdı. Stivenin uşaqlıq illəri İndiana ştatının Fort Ueyn şəhərində, Konnektikut ştatının Stratford şəhərində, Massaçusets ştatının Molden şəhərində və Men ştatının Paunal şəhərində keçib. Stivenin 11 yaşı olanda ailəsi Men ştatının Darem şəhərinə geri qayıdır. Burada Stivenin anası Nelli Rut öz valideynlərinə qulluq edirdi. Stiven Daremdə orta məktəbi bitirdikdən sonra Lisbon Orta Məktəbində təhsil alır və 1966-cı ildə oranı bitirir. Orono şəhərində yerləşən Men Univertsitetində aldığı ali təhsilin ikinci ilində o, universitet qəzeti olan "Men Universitet Şəhərciyi"ndə həftəlik sütunlar dərc etdirir. Tələbə olduğu illərdə o Tələbə Senatının üzvü olaraq, tələbə siyasi həyatında aktiv iştirak edirdi. Kinq həmçinin, Orono şəhərində keçirilən anti-müharibə hərəkatında iştirak edərək, Vyetnam müharibəsinin konstitusiyaya zidd olduğunu düşünənlərlə həmrəy olduğunu göstərirdi. 1971-ci ildə Kinq Men Universitetinin kitabxanasında tanış olduğu Tabita Spryusla ilə ailə həyatı qurur. Yeni yaranan ailə, əsasən Kinqin çamaşırxanada işləyib qazandığı maaş, tələbə təqaüdü və Kinq tərəfindən təsadüfən yazılaraq kişi jurnallarına satılan qısa hekayələrdən qazanılan pul hesabına yaşayırdı. Stiven 1967-ci ildə ilk peşəkar qısa hekayəsi olan "Şüşə Döşəmə"ni yazır. 1971-ci ilin payızında Stiven Men ştatının Hampden şəhərində yerləşən Hampden akademiyasında ingilis dili dərsləri keçməyə başlayır. Gecələr və həftəsonları isə o, qısa hekayələr və novellalar yazırdı. 1973-cü ilin yazında redaktor Bill Tompson ona müəllimlik peşəsini buraxaraq, bütün vaxtını yazıçılığa sərf etməyə imkan verəcək qədər maddi cəhətdən təmin olunacağını bildirir. Kingin "Kerri" əsəri 1974-cü ilin yazında nəşr edilir. Həmin ilin payızında ailə Kolorado ştatının Bulder şəhərinə köçür. Burada yaşadığı bir ildən də az müddət ərzində Kinq öz "Parıltı" adlı əsərini yazır. 1975-ci ildə Kinq Men ştatına geri qayıdaraq, Qərbi Menin göllərlə zəngin olan rayonunda özünə ev alır və hələ Bulder şəhərində yazmağa başladığı "Qarşıdurma" adlı əsərini bitirir və "Ölü Zona" adlı əsərini yazır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Stiven_Kinq