Yuven MakQreqor
Aktyor, prodüser, rejissor, ssenarist
Yuven Qordon Makqreqor 31 mart 1971-ci ildə Şotlandiyanın Kriff şəhərində anadan olub. Qədim şotland Marqreqorlar klanının üzvüdür. Onun atası Ceyms Çarlz Stüart Makqreqor idman müəllimi və məktəbdə peşə seçimi üzrə məsləhətçi işləyib. Anası Kerol Diana Louson Dandidə əlil uşaqlar üçün məktəbdə müəllim işləyib. Aktyorun özündən iki yaş böyük Kolin adlı qardaşı var. Yuvenin dayısı aktyor və rejissor Denis Louson, bacısı oğlu kimi “Ulduz müharibələri” epopeyasının üç hissəsində rol alıb və "X-Wing" ulduz qırıcısının pilotu Vedj Antilles obrazını canlandırıb. “Qızıl Qlobus” (2018) mükafatının laureatı, iki dəfə BAFTA (1997, 2004) mükafatının laureatı, şotlandiyalı aktyordur. Aktyor yüksəkbüdcəli hollivud layihələrdə çəkilib. Onun iştirakı ilə ən çox məşhur olan filmlər – “İntim Gündəliyi” (1996), “Mulen Ruj!” (2001), “İri balıq” (2003), “Cəhənnəmə sevgi!” (2003), “Ada” (2005), “Ulduz müharibələri” kinosaqasının üç epizodunda (1999, 2002, 2005), “Fillip Morris, mən səni sevirəm” (2009) və Den Braunun “Mələklər və İblislər” (2009) romanı əsasında çəkilmiş filmlərdə oynadığı rollara görə daha çox məşhurluq qazanıb. Hal-hazırda Böyük Britaniyanın ən çox tələb olunan aktyorudur. 2012-ci ilin sonunda dram sənətinin inkişafı və xeyriyyəçi fəaliyyətinə görə Makqreqor Britaniya imperiyası ordeni zabiti rütbəsinə layiq görülür. 1995-ci ilin iyul ayında Makqreqor quruluşçu rəssam - İv Mavrakislə ailə qurub. Cütlüyün - iki bioloji Klara Matilda (1996) və Ester Rouz (2001) və iki övladlığa götürülən Camiyan (2002; Monqoliyadan) və Anuk (. 2011;) adlı 4 qız övladı var. 2017-ci ildə cütlük boşanma qərarı verdi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D...