Entoni Hopkins və Conatan Prayslı "Two Popes"dən İlk Treyler!

31 Avqust, 2019


Entoni Hopkins (Anthony Hopkins) və Conatan Prays (Jonathan Pryce) baş rolunda oynadığı "Two Popes" filmindən ilk tizer yayımlandı. Bu anda Papa sezonu kimi görünür,  Paolo Sorrentino'nun The Young Pope serialının yeni sezonu ilə tamaşaçı qarşısına çıxmağa hazırlanması ilə yanaşı, Netflix istehsalı yeni "Two Popes" filmi də Papalara hədəflənir. Filmin dini liderlərini isə; “Quzuların Susması” seriyasında Hannibal Lecter rolu ilə bütünləşməkdən başqa Westworld, Thor seriyası və Hitchcock kimi proyektlərdə də iştirak edən , “Oskar” mükafatlı peşəkar aktyor Entoni Hopkins (Anthony Hopkins) və Game of Thrones, TabooThe Man Who Killed Don Quixote'da qarşımıza çıxan, ”Qızıl qlobus” namizədi Conatan Prays (Jonathan Pryce) canlandırır.

Картинки по запросу ‘The Two Popes’ Trailer: Anthony Hopkins

Film, Venesiya Film Festivalında gerçəkləşdirəcəyi premyeralarının və göstəriləcəyi TellurideToronto film festivallarının ardından London Film Festivalının seçkisində də yer alacaq. Entoni Hopkinsi (Anthony Hopkins) həqiqətəndə mənalı bir proyektdə son görməyimizin üstündən uzun bir vaxt keçib və onu Conatan Praysın (Jonathan Pryce) kimi bir aktyorla tərəf-müqabili etmək olduqca doğru bir seçim kimi görünür.



Kilsənin gedişatı ilə bağlı şikayətləri olan Kardinal Bergoglio (Conatan Prays (Jonathan Pryce), 2012-ci ildə Papa Benedict'ten (Entoni Hopkinsi (Anthony Hopkins) təqaüdə çıxmaq üçün icazə istəyir. Bunun yerinə, skandalla və özündən şübhə etməklə boğuşmaqda olan Papa Benedict, Katolik Kilsəsinin bünövrəsini sarsıdacaq bir sirri ortaya çıxarmaq üçün ən sərt tənqidçisi və gələcəkdəki xələfini çağırır. Vatikan divarlarının ardında, həm adət-ənənə, həm irəliləmə, günahkarlıq və əff edilmə arasında bir mübarizə başlayır, çünki bu iki çox fərqli adam, ortaq bir nöqtə tapmaq və dünyadakı milyardlarca təqibçi üçün bir gələcək qurmaq üçün keçmişlərində qalan izlərlə üzləşəcəklər...

Aktyor heyətində eyni zamanda Juan Minujín, Sidney Cole, Thomas D WilliamsFederico Torre kimi adların da olduğu "Two Popes" filminin rejissor kürsüsündə, "Tanrının şəhəri" (City of God) filminin “Oskar” namizədi rejissoru Fernando Meyrelliş (Fernando Meirelles) oturur. Filmin ssenarisində isə 3 “Oskar” namizədli olan ssenarist Entoni MakKartenin (Anthony McCarten) imzası var. "Two Popes" 20 dekabrda Netflix'də olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər