Entoni MakKarten
Ssenarist, rejissor, prodüser
Entoni MakKarten 28 aprel 1961-ci ildə Yeni Zelandiyanın Nyu-Plimut şəhərində doğulub. Məktəbi bitirdikdən sonra iki il qəzetdə işləyib. Messi Universitetini bitirib, daha sonra Vellinqtonda Viktoriya Universitetində təhsil alıb. 1987-ci ildə Entoni MakKarten, Stefan Sinkler və Jak Kolların birlikdə müəllifi olduğu pyes əsasında “Qadınlar gecəsi” tamaşasının premyerası olub. 2008-ci ildə “Əllərin tamaşası” filmini çəkərək rejissor kimi debüt edib. “Hər şeyin nəzəriyyəsi” filminin prodüseri və ssenaristi olub. “Zülmət zamanı” filminin ssenarisini yazıb, hər iki filmə görə “Oskar”a namizəd göstərilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Anthony_McCarten