Xoakin Feniksin "Joker" Filminin Altı Yeni Tizeri Çıxdı!

28 Avqust, 2019


Todd Fillipsin (Todd Phillips) rejissoru olduğu, Xoakin Feniksin (Joaquin Phoenix) baş rolunu üstləndiyi Joker filmindən altı qısa klip yayımlandı. Dünya premyerasını bu ay 76-cı Venesiya Film Festivalında edəcək Joker filminin, 4 oktyabrda premyerası olacaq.

Bu payız filmsevərlərin ixtiyarına veriləcək ən həyəcanverici filmlər arasında şübhəsiz “Joker” filmi də yer alır. "Oğlan qonaqlığı" (The Hangover) və War Dogs filmləri ilə tanınan Todd Fillipsin (Todd Phillips) rejissoru olduğu filmdə Joker’ı Xoakin Feniksin (Joaquin Phoenix) canlandırması, filmi Warner Bros.’un bugünə qədər hazırladığı ən həyəcanverici DC adaptasiyalarından biri edir.

Hindustantimes

Yayımlanan ilk treyleri ilə adi bir komiks adaptasiyasından əlavə The King of ComedyTaxi Driver kimi Martin Skorseze (Martin Scorsese) filmlərinə yaxın olacağını göstərən Joker filmi üçün həyəcanlı gözlənti davam edərkən, filmdən altı yeni klip yayımlandı. Yayımlanan bu qısa kliplər, Joker’ın bugünə qədər izlədiyimiz ən yaxşı komiks adaptasiyalarından biri olacağını təsdiqlədi.

Xoakin Feniks (Joaquin Phoenix), cəmiyyət tərəfindən təcrid olunmuş bir komediyaçı olan Arthur Fleck xarakterinə həyat verir. Film, Arthur Fleck’in cinayət dünyasına addım atmasını və zamanla Joker olaraq bilinən cinayət dahisinə çevrilməsini mövzu götürür. Xoakin Fenikslə (Joaquin Phoenix) bərabər filmin aktyor heyətində Robert De Niro, Zazi Bitts (Zazie Beetz), Şi Uiqem (Shea Whigham), Bill Camp ve Marc Maron kimi önəmli adlar yer alır.



Todd Fillipsin (Todd Phillips) ssenarisini Scott Silverlə birlikdə qələmə aldığı film, dünya premyerasını 31 avqustda 76-cı Venesiya Film Festivalında edəcək. Daha sonra Toronto Film Festivalını da ziyarət edəcək filmin bu il “Oskar” yarışında olduqca iddialı olması gözlənilir. Toronto Film Festivalı Direktoru Cameron Bailey’nin verdiyi açıqlamalar, xüsusilə Xoakin Feniksin (Joaquin Phoenix) Ən Yaxşı Kişi Aktyoru “Oskar”ı üçün ən iddialı adlardan biri olduğunu göstərir.

 

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər