Şi Uiqem

Şi Uiqem

Aktyor

BİOQRAFİYA

Frenklin Şi Uiqhem (kiçik) 5 yanvar 1969-cu ildə Florida ştatının Tallahassi şəhərində vəkil və məktəb kitabxanaçısının ailəsində dünyaya göz açıb. Beş yaşında olanda ailəsi Orlando şəhəri yaxınlığında yerləşən Leyk Meri əyalət kəndinə köçür. Texasın Tayler şəhər orta məktəbini bitirdikdən sonra Nyu-York Universitetinə daxil olub. Tələbəlik illərində Şi atası kimi universitetin futbol komandasında (reqbi) çıxış edib. Eyni zamanda tennislə məşğul olub. İdman uğurları o qədər böyük olub ki, ona idman təqaüdü ayırıblar. Ekran debütü 1997-ci ildə “Kabus hekayələri” adlı serialın “Qəbir şaxtası” adlı epizodunda baş tutub. Üç ildən sonra 2000-ci ildə böyük kinoda debütünü gerçəkləşdirib. Rejissor Coel Şumaxerin Vyetnam müharibəsi haqqında “Pələnglər diyarı” adlı dramında Uilson adlı əsgər roluna çəkilib. Filmdə baş rollara Kolin Farrel və Metyü Devis çəkilib. 2005-ci ildə Ketrin Hardvikin “Doqtaun kralları” adlı bioqrafik filmində rol alır. Çəkiliş meydanında tərəf-müqabilləri Con Robinson, Hit Ledcer, Rebekka De Morney, Emil Hirş kimi məşhur artistlər olur. 2006-cı ildə onun iştirakı ilə ekranlara rejissor Qoran Dukiçin “İntiharçılar: Sevgi hekayəsi” adlı mistik komediya dramı çıxır. Filmdə Uiqhem elektrogitarasına pivə dağıdaraq həlak olmuş və beləcə ailənin intihar etmiş dördüncü üzvünə çevrilmiş rusiyalı rok-musiqiçi Yevgeni rolunu oynayıb. 2008-ci ildə Uiqhem rejissor Tobi Uilkinsin “Splinter” adlı qorxu filmində baş rollardan birini – cinayətkar Dennis Farell rolunu ifa edir. Eyi zamanda Kolin Farrellə birlikdə “Məğrurluq və şöhrət” adlı polis dramına çəkilir. 2009-cu ildə Uiqhem eyni vaxtda bir neçə uğurlu layihədə iştirak edir. Əvvəl “Pis leytenant” adlı psixoloji trillerdə Nikolos Keyc, Vel Kilmer və Eva Mednesin tərəf-müqabili olur. Daha sonra “Məni aldat” detektiv serialının epizodlarından birində qonaq aktyor qismində iştirak edir. Ardınca isə “Forsaj” stritreys saqasının dördüncü hissəsində Federal Təhqiqatlar Bürosunun agenti Ben Staşakı oynayır. Uiqhemin son işləri sırasında “Maçete, “Gizli İmperiya” və “Beyrut” kimi filmləri misal göstərmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/shea_whigham/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç