Əfsanəvi Elvis Preslini Austin Butler Canlandıracaq!

17 Iyul, 2019


Baz Lurmanın (Baz Luhrmann) Elvis Presli bioqrafiyasında əfsanəvi müğənnini Austin Butler canlandıracaq. Filmin baş rollarında Butler’lə yanaşı Colonel Tom Parker rolundakı  Tom Henks (Tom Hanks) iştirak edir.

Strictly Ballroom filmi ilə film dünyasına addım atan və Moulin Rouge! ilə izləyicinin ağlını başından alan Baz Lurman (Baz Luhrmann), filmlərində istifadə etdiyi möhtəşəm musiqi seçimləri və klassik-modern ritmləri birləşdirmə bacarığı ilə yaddaşlarda qaldı. 2013-cü ildə "Böyük Getsbi" (The Great Gatsby) ilə filmsevərlərin qarşısına çıxan, son olaraq isə The Get Down serialında rejissor kürsüsünə oturan peşəkar rejissor, "Böyük Getsbi"dən (The Great Gatsby) beş il sonra rock’n’roll musiqisinin əfsanəvi siması Elvis Preslidən bəhs edən yeni filmi ilə böyük ekrana qayıtmağa hazırlaşır.

Austin Butler Elvis Presley

Qısa müddət əvvəl Elvis Presli rolü üçün sınaq çəkilişlərinə qatılan adlar məlum olmuş və filmdə rol alması üçün dəyərləndirilən aktyorların Ensol Elqort (Ansel Elgort), Harry Styles, Aaron Teylor-Conson (Aaron Taylor-Johnson), Maylz Teller (Miles Teller) və Austin Butler olduğu ortaya çıxmışdı. Ensol Elqort (Ansel Elgort), Maylz Teller (Miles Teller) və Aaron Teylor-Conson (Aaron Taylor-Johnson) kimi karyera addımlarında sürətlə yüksələn gənc aktyorların yer aldığı bu siyahıda Austin Butlerin adı geri planda qalsa da, sonunda Baz Lurman (Baz Luhrmann) Butlerə üstünlük verib.

The Carrie DiariesThe Shannara Chronicles kimi daha çox gənc izləyici auditoriyasına xitab edən seriallarla tanınan Austin Butler, bu il The Dead Don’t DieOnce Upon a Time… in Hollywood kimi diqqət çəkici filmlərdə kiçik rollarda filmsevərlərin qarşısına çıxdı. Ancaq Elvis Presli rolunun Butlerin karyerasındakı ən diqqət çəkici iş olacağına şübhə yoxdur.



Baz Lurmanın (Baz Luhrmann) rejissoru olacağı Elvis Presli bioqrafiyasında sənətçinin meneceri Colonel Tom Parker’i peşəkar aktyor   Tom Henks (Tom Hanks) canlandıracaq. Baz Lurman (Baz Luhrmann) ilə bərabər rejissorun bütün filmlərində yer alan Kreyq Pirs (Craig Pearce), mövzusu ilə həyəcanlandıran filmin ssenarisini qələmə alacaq.

Hələ adı müəyyən edilməmiş film, Rock’n’roll dünyasının əfsanəvi siması Elvis Preslinin şöhrət pillələrini qalxmasını və həyatının hər anına təsir edən meneceri Colonel Tom Parker ilə olan münasibətindən bəhs edəcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər