Bir qrup terrorçu yeni bakterioloji silahı gizli yolla ələ keçirir. Silahın effektivliyini yoxlamaq üçün Montana ştatının kiçik şəhərində ölümcül virus yayırlar. Bütün qruplaşma üzvlərinə vurulan vaksin təsir göstərmədikdə isə terrorçular da qurbanları kimi ölümlə üzbəüz qalır. Yalnız məşhur virusoloq və sabiq xüsusi agent MakKlarenin səkkiz yaşlı qızının anadangəlmə ölümcül virusa qarşı immuniteti var. Bunu bilən terrorçular qızın qanından onları xilas edəcək zərdab hazırlamaq niyyətindədir. MakKlaren yeganə qızı və yerli əhalinin həyatı naminə döyüşə hazırdır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar