L.Q. Cons
Aktyor, ssenarist, rejissor, prodüser
Castas Ellis Makkuin-kiçik 19 avqust 1927-ci ildə Bomont şəhərində (Texas ştatı, ABŞ) anadan olub. Amerikalı aktyor, rejissor və ssenaristdir. Castas Ellis Makkuin-kiçik böyük ekranda 1955–ci ildə “Hərbi açar” hərbi filmində sıravi əsgər L.Q.Cons rolunda çəkilib. MakKvin öz personajının adını səhnə təxəllüsü kimi götürüb. 60-cı illərin əvvəllərində Sem Pekinp ilə tanış olur və daima onun filmlərinə dəvət alır. Onun ən məşhur rolu “Vəhşi quldur dəstə” (1969) vesternində qatil ovçu roludur. 1975-ci ildə Harlan Ellisonun eyniadlı novellası əsasında L.Q.Cons “Oğlan və onun iti” post apokaliptik filminin rejissoru və prodüseri olub. Novellanı ssenariyə adaptasiya edən Cons və Ellison “Hüqo” mükafatına, rejissor və ssenarist isə “Nebyula” mükafatına layiq görülüb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B._%D0%9A._%D0%94%D0%B6%D0%BE%D0%BD%D1%81