Saylas Ueyr Mitçell
Aktyor
Saylas Ueyr Mitçell 30 sentyabr 1969-cu ildə Filadelfiya şəhərində (Pensilvaniya ştatı, ABŞ) anadan olub. Daha çox NBC telekanalının “Qrimm” teleserialında Monro rolu ilə tanınır. Bundan başqa “24 saat”, “Mənim adım Erldir” “Həbsdən qaçış” seriallarında rol alıb. Sonuncuda həbsdən qaçan Çarlz “Psi” Patoşik rolunu oynayıb. Kastinq zamanı, o eyni zamanda Teodor Baqvell və Linkolin Barrouz roluna namizəd olub. O, eyni zamanda “Siçovul qaçışı”, “İnferno”, “Doqquz yard 2” kimi reytinqli filmlərdə ikinci plan rollara çəkilib. Onun ən əlamətdar rollarından biri “Xəfiyyə Raş” serialında psixiki pozuntusu olan qəhrəman Ceyms Hoqandır. Mitçell bundan başqa “C.S.I.: Cinayət Yeri-Mayami”, “C.S.I.: Cinayət yeri- Nyu-York”, “Qanun və Qayda: Xüsusi korpus”, “Qara nişan”, “Dekster”, “Xəfiyyə Monk”, “Müştəri hər zaman ölüdür”, “Məxfi Materiallar”, “Mentalist” və “Xəfiyyə” kimi populyar seriallarda qonaq rollara dəvət olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%82%D1%87%D0%B5%D0%BB%D0%BB,_%D0%A1%D0%B0%D0%B9%D0%BB%D0%B0%D1%81_%D0%A3%D1%8D%D0%B9%D1%80