Kamilla Bell
Aktrisa, prodüser, ssenarist
Kamilla Bell Rut 2 oktyabr 1986-cı ildə Los-Anceles şəhərində (ABŞ) anadan olub. Atası amerikalı Cek Rut tikinti şirkətinin sahibi olub, anası braziliyalı Kristina Rut moda şirkətində dizayner işləyib. Valideynləri ona Braziliyanın məşhur sabun operalarından birində yer alan baş qəhrəmanın (Kamilla) adını qoyublar. Nə qədər qəribə səslənsə də aktrisa karyerasına doqquz aylığında başlayıb. Körpə olan yerli qəzet və telekanalların reklamlarına çəkilib. 90-cı illərdə bir neçə televiziya filmində rol alıb. Həmçinin kifayət qədər reytinqli lentlərdə o cümlədən “Kiçik şahzadə” (1995), “Yur dövrünün parkı 2: İtirilmiş dünya” (1997), “Praktiki sehr” (1998), “Patriot” (1998) filmlərində epizodik rolları oynayıb. Dörd il ərzində baletə gedib, dram sənəti və xor ifaçılığı üzrə təhsil alıb. Həmçinin fortepianoda ifanı öyrənib. 2005-ci ildə Rebekka Millerin “Cek və Rouz haqqında ballada” adlı filmdə Deniel Dey-Lüisin qəhrəmanının qızı roluna çəkilib. Aktyorluq məharəti ilə tənqidçilərin rəğbətini qazanıb. Daha sonra “Tanımadığın adam zəng vuranda” adlı klassik trillerin remeykində baş rola dəvət olunub. Karyerasının ən əlamətdar filmi baş rola çəkildiyi “10, 000 il eramızdan əvvəl” iri büdcəli tarixi-macəra filmi sayılır. Həmçinin 2014-cü ildə ekrana çıxmış “Ağıl və Hisslər” romantik komediyası ona uğur gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Camilla_Belle