20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlığı və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və sovet ordusu tərəfindən qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan sovet ordusu tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi. 140-a yaxın yerli sakin və 30-a qədər əsgər və zabit həlak olmuşdu. Qəlblərindəki Azadlıq Yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular.
“Qanlı Yanvar” filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin - Nərimanovların gözü ilə göstərir. İki qardaş – KQB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat - inqilabçı Mehdi bir-birilərinə əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıblar. Dramın mərkəzində onları boya-başa çatdıran ANA – Xədicə xanım bir sipər kimi dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə xanımın sözləri ilə desək, “... Sadəcə, onların yolları və yoldaşları ayrıdır!”. Vətən, Ana və Ailə sevgisinin qarşılaşdırıldığı film hər kəsin öz həqiqətini tanıyır. Amma bütün həqiqətlərdən başqa ali bir həqiqət də var...
Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafa Yev filmdə real hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara da cavab tapmağa çalışıb - Müstəqilliyin qiyməti, Anaların və övladların məsuliyyəti necə hesablanır, ümumiyyətlə, əlində silah olan bir kəs ədalətli ola bilərmi?
Cemil RustemovÇox bozquncasina çəkilmiş filmdi elə bir pozqun bir filmə baxirsan bu cür milli ideoloji bir hadisəni belə filmə almaq çox ucuzlaşdirmaqdir hadisələri.çox təssüf edirəm.Bu hadisələr bir millət olaraq bizim başimizi uca edən bir mübarizədir.
Hafiz YusifBu millətin acizliyi ondadırki filmə sadəcə "film" kimi baxırlar, bu hadisələri törədənlərin dillərində danışmağı elit hesab edirlər, öz ana dillərində danışmağı isə geri qalmışlıq. Nə qədər Rus yaltaqlığı var olduqca bu millətdə, hər 100 ildən bir bu cür qırğınlar olmağa davam edəcəkdir.
Yashar HashimovBu film Şanlı tariximizin sübutudur! Biz Sizə minnətdrıq Vahid Mustfayev. Allah Sizdən Razı olsun!
Elçin AtayevÇox sağ olun,təşəkkürlər!
Seymur HocaAzərbaycan filmi bax budur! Əllərinizə sağlıq!
Leman AliyevaYenə də donur...
Elçin AtayevSalam.Bağışlayın Qanlı Yanvar filminə bu gün baxmaq istəsəm ödənişsizdir ya ödənişli?Bir də sizdə yeni çəkdiyimiz Xüsusi Təyinatlı İbad 2 filmi var?Olsa baxardıq!
TVSEANS_MVSalam Elçin. TVSEANSda bütün filmlər pulsuzdur. İbad filmi bizdə yoxdur.
Nicat CahanlıƏla.
Ayshan SadiqliÇox təsirli filmdir.Təşəkkürlər!
Zamiq MirzəyevVahid müellim filmi izledim tesekkur edirem sayti gonderdiyiniz ucun ela ekran isi gormusuz super.
Leman AliyevaThe media playback was aborted due to a corruption problem or because the media used features your browser did not support. ???
sahilHalal olsun VAhid Mustafayeve. Ancaq Filmdə problem düşmən tərəfin rusca danişmasidir ki, bu da dili bilməyən adamların hadisələri tam anlamamalarına derk etməmələrinə səbəb olur. Xüsusən də hadisələrin düşünürəm ki hadisələri esl mahiyətin düşmən tərəf izah edir. Düşünürəm ki rusca ve ya ingiliscə danışıqlarda alt yazı olsaydı ela olardı. Çox sağolun ki, bize hiss etdirdiz , o vaxtları yaşadıq ele bil. Qehremanlarımıza bu müstəqilliyi bizə bəxş etdikləri üçün təşəkkür edirik. Və bizi satan o adamın axırda məzara gələn adamlar Vahid Mustafayevin əsl demək istədiyi elə əsl budur deyə düşünürəm. Bəli bizə oxşayan bizdən kimi görünən əsl düşmən - içimizdəki satqınlar.
TVSEANS_MVHörmətli Sahil, Bir daha texniki problemlərə görə üzr istəyirik. Problem həll olunub hər dildə subtitrlər mövcuddur və bütün əcnəbi dilləri azərbaycan dilində baxa bilərsiniz. İngilis dilində isə bütün filmə subtitrlərlə baxmaq artıq mümükündür. Narahatçılığa görə bizi bağışlayın və vaxtında bizə məlumat verdiyinizə görə Sizə təşəkkür edirik! Tvseansı seçdiyiniz üçün minnətdarıq!
TVSEANS_MVSalam, hörmətli Sahil. Diqqətinizə görə təşəkkür edirik. Film tam tərcümə və subtitrlərə malik idi lakin texniki problem səbəbindən rus dilində hər dil rusca gedir amma azərbaycan və ingilis dillərində niyəsə əcnəbil dillərin tərcüməsi alt laylarda qalıb. Üzürlü hesab edin - Texniki Departamentin əməkdaşları artıq iş başındadırlar və problemi tezliklə həll edəcəklər. Bir daha narahatlığa görə üzr istəyirik.
Tural YunusovFilm yaxşıdır amma Larisanı yanlış olaraq çəkdiyinə görə Vahid bəyi qınayıram. Guya hamilə imiş. Həyatdakı Larisanın atasi buna görə böyük stress keçirdi
TVSEANS_MVHörmətli Tural, sualınıza görə təşəkkür edirik. Bizim rejissor yerinə cavab vermək hüququmuz yoxdur, amma yenədə redaktorumuza yolladım Sizin sualınızı - cavabı belə oldu:
"Filmdəki Nəcəf Nəriman oğlu Nərimanov kommunistdir və sadəcə adını və atasının adını dəyişdirməklə məncə rejissor Nəriman Nəcəf oğlu Nərimanovu canlandırıb. Bu insanlar kommunist olsalar belə öz xalqlarının xoşbəxtliyini istəyiblər sadəcə imperiya cəlladları tərəfindən aldadılıblar. - Nəriman Nərimanov Lenin və Stalin tərəfindən Nəcəf Nərimanov isə Qorbaçov və Primakov tərəfindən. Filmdə xatırlayırsınızsa Nəcəfin anası ona belə deyir - "Sizi ikinizdə xalqın xoşbəxtliyini istəyirsiniz sadəcə yollarınız və yoldaşlarınız fərqlidir..." və filmin sonunda Nəcəf görəndə ki onun yolu səhvdi keçir xalqın tərəfinə. O qardaşını məncə məcazi mənada xilas edir - rejissor Mehdinin simasında yəqin bütün Azərbaycan xalqının xilasından danışır.
"
Tural YunusovFilmə baxdim Necef obrazı düzgün sonluqla nəticələnmədi. Sonuna qeder qatı komünist, sovet imperiyasına sadiq bir dövlət məmuru sonda sadəcə qardaşlıq duyğusuna görə hərəkət edir və şəhidlər xiyabanında dəfn edilir. Bu nə dərəcədə məntiqə uyğundur?!
TVSEANS_MVHörmətli Tural, Filmdəki Larisa Balayeva ilə Avtobusda həlak olan Larisa Məmmədova arasında 15 il yaş fərgi var. Filmdəki Larisanın Adı, Soyadı və Atasının adı filmin sonunda qəbir daşının üzərində göstərilib - Larisa İsa qızı Balayeva. Bundan əlavə Larisa Məmmədova balaca qız uşağı avtobusda həlak olub, filmdə ki Larisa Balayeva isə döyüşərək həlak olub - bundan əlavə rejissor nə etməli idi ki bu iki fərqli personajları çaşdırmasınlar.
Kamran ƏliyevHalal olsun Vahid muellime ellerinden opmek lazimdi boyuk senetkarin halal olsun bu filme gore son dovrde cekilmis en gozel en supwr filmdi halal olsun
Punhan XalilovMina senin qeyretinin qarşısında baş eyirem.Sən rolda yox həyatda da beləsən.Səninlə qürur duyuram.
Залатой Парен Сертса Залатойcox yaxsi saytdir xosum geldi
MRX ( EMAREX )sizin sayti paylasmadigim sosial sebeke qalmadi cox tesekkur edirem bu gozel sayt ucun
Rasim Islamzade12:35 den sonra gosdermir film
TVSEANS_MVƏziz Rasim salam. Yazdığınız status yoxlanıldı və sistemdə heç bir qüsur tapılmadı. Xahiş edirik internet və ya browserinizi yoxlayin. Film bütün sürətlərdə yaxşı göstərir. Ekranın aşağı sağ rəfində dişli təkər işarəsinə basın və orada 360 keyfiyyətini seçin. Narahatlığa görə üzr istəyirik.
Тариель ГамбаровНа русском перевели ужасно к сожалению а так фильм ништк )) удачи вам ))
TVSEANS_MVZdravstvuyte Tariel. K sojaleniyu mi s vami polnostyu soglasni. Perevod sdelan ne studiyey TVSEANS. No uçitivaya mnogochislenniye prosbi nashix zriteley mi vstavili perevod i dublyaj etoy na moy vzqlyad prekrasnoy kartinı v plan TVSEANS i Vi kak i mnogiye drugiye lyubiteli tvorchestva Vahida Mustafayeva smojete uvidet etot film v dostoynom kachestve russkogo yazika. Prinosim svoi izvineniya za prichinenniye neudobstva.
said ibragimovsuper filmdi.....mən bu hadisələrin vaxtında yaşamışam və bu filmə baxanda elə bilirdim ki təzədən o illərə gayitmişam...bu atəşləri tankların səslərini yenə eşidirdim...və 20 yanvarın səhərsi dəhşətini təzədən yaşadım((((((Allah şəhidlərimizi rəhmət eləsin!!!!!!!!........(Nigar İbrahimova)
Haci AliyevSözün əsl mənasında Azərbaycan Film səlnaməsinə qızıl hərflərlə yazılası bir filmdir. Təşəkkürlər Vahid Mustafayev! Təşəkkürlər ANSçilər!
RƏY BİLDİR
"Filmdəki Nəcəf Nəriman oğlu Nərimanov kommunistdir və sadəcə adını və atasının adını dəyişdirməklə məncə rejissor Nəriman Nəcəf oğlu Nərimanovu canlandırıb. Bu insanlar kommunist olsalar belə öz xalqlarının xoşbəxtliyini istəyiblər sadəcə imperiya cəlladları tərəfindən aldadılıblar. - Nəriman Nərimanov Lenin və Stalin tərəfindən Nəcəf Nərimanov isə Qorbaçov və Primakov tərəfindən. Filmdə xatırlayırsınızsa Nəcəfin anası ona belə deyir - "Sizi ikinizdə xalqın xoşbəxtliyini istəyirsiniz sadəcə yollarınız və yoldaşlarınız fərqlidir..." və filmin sonunda Nəcəf görəndə ki onun yolu səhvdi keçir xalqın tərəfinə. O qardaşını məncə məcazi mənada xilas edir - rejissor Mehdinin simasında yəqin bütün Azərbaycan xalqının xilasından danışır.
"