Mina Sovetski

Mina Sovetski

Aktrisa, müğənni

BİOQRAFİYA
Mina daha çox vətənpərvər və çılğın ruhda oxuduğu mahnılarla tanınır. 2012-ci ildə "Çin oldu" klipi ilə ekranlara gələn Mina sonradan "İstəyirəm", "Get Hoppan", "Asta yeri" mahnıları ilə gündəmi zəbt edir. Xarici görünüşü dadına çatdığından ara-sıra filmlərə də çəkilir. 2012-ci ildə çəkildiyi kliplərin ardınca "Xoca" filminə dəvət alan Mehriban obrazı ilə poçtda işləyən qəhrəman qızı canlandıran Mina aktyorluğun da onun üçün əlçatmaz olmadığını sübut edir. 2013-cü ildə Polad Bülbüloğlu ilə oxuduğu duetdə "Azərbaycan" mahnısı ilə çılğın obrazlı Minanın daha başqa bir janrı da bu cür yarada biləcəyini təsdiqləyir. 2014-cü ildə bir-birinin ardınca "Göyçək Fatimə" və "Paytaxt salatı" seriallarına çəkilir. Ardından "Qanlı Yanvar" filminə rol olan Minanın daha bir uğuru Türkiyənin Çanaqqala şavaşının 100 illiyinə həsr edilmiş "Son Mektup" filminə dəvəti alması olur. Filmin həm soundtrekin səsləndirməsi, həm də aktrisalığı ilə Mina türkiyəli izləyicilərinə də özünü sevdirir. Hal-hazırda aktrisalıq və müğənnilik fəaliyyəti ilə məşğuldur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://azxeber.com/ans-in-ulduz-etdiyi-mina-dediyim-kimi-men-sovetski-usaiyam-msahibe/
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç