Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində (Azərbaycan) anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram ("Solğun çiçəklər" (Cəfər Cabbarlı)), Baloğlan ("Almaz" (Cəfər Cabbarlı)), Şeyx Alı ("Vaqif" (Səməd Vurğun)), Məşədi İbad ("O olmasın, bu olsun" (Üzeyir Hacıbəyov)), Əliqulu ("Əliqulu evlənir" (Sabit Rəhman)), Xurşidbanu Natəvanın oğlu ("Xan qızı" (F.Əliyarbəyli)), Əziz ("Qatır Məmməd" (Zahid Xəlil)), Sabir ("Yeddi oğlan və bir qız" (R.Ağayev)), Molla Sadıq ("Dəli Kür" (İsmayıl Şıxlı)) və sair rolları oynayıb. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. Bu teatrda aktyor Balaxan ("Aydın" (Cəfər Cabbarlı)), Şüeyb ("Ulduz, yaxud Ədirnə fəthi" (Cəfər Cabbarlı)), Baba ("Poçt şöbəsində xəyal" (Elçin)), Qüdrət Qurbanoviç ("Köhnə ev" (Əli Əmirli)), yoldaş Əmrah ("Bu dünyanın adamları" (Hidayət)), Teromen ("Fedra" (J.Rasin)), Sintizator ("Hələ "Sevirəm" deməmişdilər" (Ramiz Novruz)), Qulamoğlu ("Hərənin öz payı" (Xeyrəddin Qoca)), Dilənçi ("Varlı qadın" (Əli Əmirli)), Şeyx Əhməd ("Ölülər" (Cəlil Məmmədquluzadə)), serjant ("Generalın son əmri" (Vaqif Səmədoğlu)) və sair rolları oynayıb. "Bir aktyorun teatrı" (araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarına və "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərinə çəkilib. Görkəmli aktyor 4 iyul 2017-ci ildə 69 yaşında ürəktutmasından dünyasını dəyişib. Xırdalan qəbiristanlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Telman_%C6%8Fliyev