Leyn Devis

Leyn Devis

Aktyor, rejissor

BİOQRAFİYA

Leyn Devis 31 iyul 1950-ci ildə ABŞ-ın Dolton şəhərində (Corciya ştatı) anadan olub. Leynin valideynləri Bill və Emili yaradıcı adamlar olublar. Bill radioda diktor, Emili isə teatr aktrisası idu. Ümumiyyətlə, Devisin bütün ailəsi, o cümlədən üç qardaşı da teatrla bağlıydılar və kiçik yaşlarından Devis tamaşalar üçün bəzəklər hazırlamağa kömək edirdi. Uğurun dadını o orta məktəbdə bir tamaşanın üçsəhifəli monoloqunu oxuyarkən, tamaşaçıların ona bəxş etdiyi alqışlar nəticəsində duymuşdu. Orta məktəbdən sonra Leyn təhsilini Tenessi Dövlət Universitetinin aktyor yaradıcılığı və səhnə mədəniyyəti kursunda davam etdirir. Təhsilini bitirdikdən sonra Leyn filmlərdə çəkilməyə, teatrda oynamağa və müzikllarda oxumağa davam edirdi. Televiziyada aldığı rollardan sonra o daha da məşhurlaşır. Bundan əlavə, Leyn San-Barnardino dağlarında yerləşən evində zaman keçirməyi, orada balıq tutmağı və xizək sürməyi sevir. Hal-hazırda aktyor dogma ştatı olan Corciya və Kaliforniya ştatı arasında yaşayır və Los-Anceles şəhərini dünya mədəniyyətinin mərkəzi, həyatının ən gözəl bəxşini oğlanlarını adlanır, uşaqlarının gülüşünü isə dünyanın ən sevimli səsi adlandırır. Azərbaycan tamaşaçıları Leyn Devisi 1984-cü ildən 1993-cü ilə qədər nümayiş etdirilən 2137 seriyalıq "Santa-Barbara" serialındakı Meyson Kemvell rolu ilə tanıyırlar. Azərbaycandakı yeganə ekran işi Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Lane_Davies

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç