Hadisə real hadisələrə əsaslanır. 11 sentyabr teraktından sonra Buş administrasiyası radikallara qarşı "insan ovu" elan edir. ABŞ xüsusi xidmət orqanları "Əl-Qaidə" ilə ən uzaq əlaqələri olan adamları belə öz vətənlərindən dindirmə adı ilə Quantanamo həbsxanasına aparırlar. Baş qəhrəman Almaniyada mühacir həyatı yaşayan və nə vaxtsa Əfqanıstanda Sovet ordusuna qarşı savaşmış mavritaniyalı mühacir Səlahi Muhameddir. Ben Ladenin peyk telefonundan ona zəng gəldiyinə görə Səlahini elə qardaşının toyundan götürüb aparırlar. Heç bir məhkəmə qərarı olmadan və hər hansı rəsmi ittiham irəli sürülmədən onu 6 il ərzində işgəncələrə məruz qoyub alçaldır, işgəncə yolu ilə müxtəlif sənədləri imzalamağa vadar edirlər. Onun varlığından təsadüfən xəbər tutan insan haqları müdafiəçisi və vəkil Nensi Holand Səlahinin başına gətirilənlərə görə Buş hökumətini məhkəməyə verməyi qərara alır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar