Zakari Livay

Zakari Livay

Aktyor

BİOQRAFİYA

Zakari Livay Pyu – amerikalı aktyordur. Daha çox “Qeyri-mükəmməl” və “Çak” seriallarında, “Böyük ananın evi 2” və “Levin və Burunduklar 2” filmlərində oynadığı rolları ilə yadda qalıb. 2013-cü ildə “Tor 2: Zülmət krallığı” filmində Fandral rolunu oynayıb. 29 sentyabr 1980-ci ildə Süzan Mari Hoktor Pyu və Darell Pyunun ailəsində dünyaya göz açıb. Özündən böyük və kiçik bacıları var. Əsli uelslidir. Uşaqlığında ailəsi tez-tez bir yerdən başqa yerə köçüb. Sonradan Kaliforniya ştatının Ventura şəhərində məskunlaşıblar. Altı yaşından filmlərə çəkilib, mahnı oxuyub, rəqslə məşğul olub. Orta məktəbi bitirdikdən peşəkar aktyor olmaq arzusu ilə sonra Los-Ancelesə köçüb. Yerli teatrlarda “Autsayderlər”, “Oliver”, “Oz diyarının sehrbazı”, “Biq-River” kimi tamaşalarda səhnəyə çıxıb. 2019-cu ildə “Şazam” fentezi filminə baş rola çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Zachary_Levi

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç