Ədalətli Oğru ( Honest Thief 2020 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Ədalətli Oğru Honest Thief
99 dəq.
az, ru, en
1080p, 720p, 360p
Kəskin Dram Kriminal
5.25 TvSeans   6 IMDb   5.8 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Tom Karter - ələkeçməz bank oğrusudur. Keçmiş dəniz piyadası olmaqla yanaşı, müharibə veteranı və partlayıcı qurğular üzrə mütəxəssisdir. Məhz bu keyfiyyətləri hesabına ölkənin ən aparıcı polis əməliyyatçıları və FTB agentləri onun izinə düşə bilmir. O, hər zaman bir neçə addım öndə olur. Karter artıq bank oğruluğundan özünə 9 milyon dollara yaxın vəsait toplayıb. Günlərin bir günü pulları saxlamaq üçün qaraj icarəyə götürdüyü vaxt, həmin müəssisədə çalışan Enni adlı qadınla tanış olur. Bu tanışlıq onun həyatını tamamilə dəyişir. O, oğruluğun daşını ataraq dürüst olmağı əhd edir. Karter sevgilisinə evlənməyi təklif etməyə hazırlaşır. Lakin o, münasibətləri rəsmiləşdirməzdən əvvəl keçmiş günahlarını yumalıdır. Bunun üçün ələkeçməz oğru könüllü şəkildə FTB qaynar xəttinə zəng vuraraq təslim olmağa və oğurladığı bütün pulları qəpiyinə kimi qaytarmağa hazır olduğunu bildirir. O, bununla azmüddətli həbs cəzası alacağına ümid edir. Ancaq həmin zəngdən sonra hadisələr tam gözlənilməz məcra alır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Mark Uilyams
Ssenarist(lər):
Mark Uilyams, Stiv Olriç
Baş Rollarda:
Liam Nison, Keyt Uolş
Digər Rollarda:  
Cay Kortni, Robert Patrik, Ceffri Donovan

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

cenab919   17.02.2024
Əla filimdir. kollektivə təşəkkür edirəm
1
Alizadeh   27.01.2024
Film Həqiqətən Super İdi , Səs Tembir Dublaj Mükəmməl Bir Daha Baxmağa Dəyər
1
Aga   08.01.2024
Filim 10/10 ★★★★★
Səs effekti 10/10 ★★★★★
2
Nicat   11.06.2023
Liam Nisonun özünəməxsus filmi, baxmağa dəyər
3
nhdsmylv   26.03.2023
Baxa bilmedim