Keyt Uolş
Aktrisa
Ketlin Erin “Keyt” Uolş – amerikalı aktrisadır. Daha çox Şonda Raymsın “Ehtirasın anatomiyası” və “Özəl praktika” seriallarında doktor Eddison Montqomeri rolu ilə tanınır. Keyt Uolş 13 oktyabr 1967-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində anadan olub. Arizona ştatının Tuson şəhərində boya-başa çatıb. Atası Navan şəhərində (İrlandiya) doğulub, nənəsi isə əslən İtaliyadandır. Anası Anjela Nevada ştatında yaşayır. Keytin özündən böyük iki bacısı və iki böyük qardaşı var: Şon və Co da kino istehsalı sahəsində çalışır. Arizona universitetində ali təhsil alıb. Tələbə olduğu vaxt yerli teatrların birində özünü sınayıb və beləcə aktyorluq yolunu tutmağa qərar verib. Şəxsi həyatına gəlincə, 2007-2010-cu illərdə Keyt prodüser Aleks Yanqla evli olub. 2017-ci ilin sentyabr ayında mətbuata verdiyi açıqlamada 2015-ci ildə ona xoşxassəli beyin şişi diaqnozunun qoyulduğunu etiraf edib. Şişlə əlaqədar o, halsızlıqdan və anomal koqnitiv problemlərdən, o cümlədən afaziyadan əziyyət çəkib. Əməliyyatdan sonra sağalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kate_Walsh_(actress)