Ayla ( Ayla 2017 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Cənubi Koreya, Türkiyə, 12+
Ayla Ayla
125 dəq.
tr
1080p, 720p, 360p
Bioqrafik Dram Tarixi
10 TvSeans   8.5 IMDb   7.2 Kinopoisk  

Təsvir

Hadisələr 1950-ci illərdə Koreya müharibəsinin qızğın çağlarında baş verir. BMT qüvvələri sırasında Koreyada döyüşən “Şimal ulduzu” adlı türk briqadasının serjantı Süleyman soyuqdan donan, valideynlərindən məhrum olmuş bir azyaşlı qızla rastlaşır. Məzlum qıza yazığı gələn Süleyman onu gizlincə hərbi hissəyə aparır və sığınacaq verir. Qıza bağlanan və onu Ayla adlandıran türk hərbçi müharibənin başa çatmasından sonra onu vətəninə aparmaq üçün əlindən gələni edir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Can Ulkay
Ssenarist(lər):
Yigit Güralp
Baş Rollarda:
İsmayıl Hacıoğlu, Li Gön-Ci
Digər Rollarda:  
Çetin Tekindor, Taner Birsel , Damla Sönməz

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Cəfər Sadığov   31.03.2020
Super filmdir!!! Mən də türk filmlərinin orijinal türk dilində verilməsinin tərəfdarıyam. Sözün düzü mən bütün filmləri orijinal dildə baxardım dilləri bilsəydim - orijinal dildə aktyorların dialoqlarıda fərqlənir və daha emosionaldır. Bəli, türk dildə verilməlidir. Proqram direktorunuza ayrıca təşəkkür seçim və yayımlara görə! Əhsən Tvseans.
2
Səkinə Axundzadə   31.03.2020
Türk filmlərini yalnız türkcə verilməlidir - özümüzə və türk dünyasına hörmət olaraq! Biz türkük və Boz Qurd bizim atamızdır!!! Türk Türkə dəstək gərək! bu gədər
2
Məlik Sərdarov   31.03.2020
Mən niyə başqa saytlara gedib nəyəsə baxmalıyam? Xeyir ola? Hər yerindən duranın, daha doğrusu uzananın sözünə baxmayın. Tvseans bir kino ailəsi yaradıb Azərbaycanda. Razıyam ki, bütün bu ölkədə yeqanə peşəkarlar komandasıdır. Mən məhz bir məkanda və məhz turk dilində baxmaq istəyirəm filmlərə! O ki qaldı 2 AZN - mən bunu tvseans adlı möhtəşəm kino klubunun üzvü olmaq üçün verirəm hər ay və xoşbəxtəm. Kinoya baxmasamda bilirəm ki bu pullar yaxşı adamlara və onların yaxşı əməllərinə gedir! Sükanı belə saxla tvseans.
2
Natavan Mehdiquluyeva   31.03.2020
Tvseans, heç kimə qulaq asmayin - tamamilə düz yoldasiniz!!! Türk dili bizim dildi və biz bu dildə hər şeyi anlayırıq!!! o ki qaldı - "pul vermişik ifadəsinə" - utansınlar bunu deyənlər!!! Mən TV-də işləyirəm və dublyajin nə olduğunu əla bilirəm - film seçimi ilə bir qrup meşquldur, onun tərcüməsi, korrektəsi, dublyaji, ukladkası, səs yazması, redaktəsi, aktyorlar işi və s. və i. Ən azı bu prosessdə 17-20 adam iştirak edir. Ayda 2 AZN verib burda bo.-bo. danişan boşboğazlara fikir verməyin. Sadəcə blok edin onları mən onların pulunu verərəm. Amma belə nankor və naşükür olanları bizim ailəmizdən çıxarın! Tvseans Azərbaycanda ilk və yeganə dünya standartlarına cavab verəcək keyfiyyətdə çalışan bir komandadır - Sizi qorumaq xalqın borcudur. Təşəkkürlər hər şeyə görə.
2
Əli Abutalıbov   30.03.2020

Nə şüvən salmısınız - Türk dili kimin xoşuna gəlmir. Respublikanın yarısı gedib ermənilərə, qalan hissəsi Türklərin qolunun gücünə qalıb. Bizimkilərə qalsa Bakida çoxdan ermənilər oturmuşdu!!! tvseans - respect! Belə saxla!!! Türk dilinə etiraz edənlər erməni şpionlarıdır!


2
Fatimə Əliyeva   30.03.2020
Tvseansdan xahiş edirəm ki, burda yazılan anti türk yazılara fikir verməsinlər. Biz hamımız türkük və dilimizdə eynidir sadəcə bir neçə ləhçə və ərazi fərqləri saymasaq. Düz edirsiniz ki tərcümə etmirsiniz. Bu məntiqlə onda Şəkidə də Şəki ləhçəsinə tərcümə etmək lazımdır filmləri? Şəki şivəsi ilə biz Bakılılara bir sıra sözləri başa düşmək çətindir, məsələn:
Hayindi - indi
Cerəm - gedirəm
Cəəm - gəlim
Noludde - nə olub və s.
TVSEANS heç kimə qulaq asmayin - Türk filmlərini elə türk dilində verin!!!
2