İsmayıl Hacıoğlu

İsmayıl Hacıoğlu

Aktyor

BİOQRAFİYA

İsmayıl Hacıoğlu  türkiyəli aktyordur. 30 noyabr 1985-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Ailənin ilk övladıdır. Atası Memmet Hacıoğlu “Fenerbahçe” futbol klubunun keçmiş oyunçusudur. İsmayılı Kardelen adlı bacısı var. İsmayıl hələ uşaq yaşlarından səsləndirmə və dublyaj aktyoru kimi fəaliyyət göstərib. Tələbə olduğu illərdə Mücdat Gezen İncəsənət Mərkəzinin müxtəlif tamaşalarında iştirak edib. Bir mövsüm Aydoğan Tamer və Erdal Dumanın yaratdığı özəl teatr truppasında yer alıb, daha sonra Dumanın təsis etdiyi İstanbul Gənclər Teatrında çalışıb. 2003-cü ildə “İstanbul haqda nağıl” adlı serialda Ozan rolunu oynayıb. Elə həmin il Memar Sinan Universiteti nəzdində dövlət konservatoriyasının teatr fakültəsinə daxil olub. Hələ birinci kursda oxuyanda təhsili yarımçıq qoymalı olub, belə ki, çəkilişlərlə əlaqədar dərslərə davamiyyətində problemlər yaranıb. 2010-cu ilin aprel ayında İsmayıl Hacıoğlu kino və televiziya aktrisası Vildan Atasevərlə ailə qurub. 2014-cü ildə İstanbuldan kurort şəhəri olan Datçaya köçüb. 21 yanvar 2015-ci ildə cütlük boşanıb. 5 fevral 2016-cı ildə rəqqasə Duyğu Kaya ilə evlənib. Bu nikahdan Yemin adlı qızları dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktery/1032-ismail-hadzhioglu.html 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç