Damla Sönməz

Damla Sönməz

Aktrisa

BİOQRAFİYA

Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxuyub, lakin o, səhnədə olmaq istədiyi üçün oxuduğu fakültəni buraxıb ölkəyə geri qayıdır. Daha sonra Yeditepe Universitetinin teatr fakültəsində təhsil alır. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili alıb. O, "Bornova Bornova" adlı filmindəki performansı ilə 46-cı “Qızıl Portağal” Film Festivalında "Ən yaxşı Köməkçi Qadın obrazı, "Uçan Süpürgə Qadın Filmləri Festivalı"nda da “Gənc Cadugər” mükafatının sahibi olub. 26 yaşınadək yeddi filmdə və bir çox serialda rol alıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Damla_S%C3%B6nm%C9%99z

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç