Çetin Tekindor

Çetin Tekindor

Aktyor

BİOQRAFİYA

Çetin Tekindor 16 iyul 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. İlk dəfə 18 yaşında peşəkar teatr səhnəsinə çıxıb, “Hep Vatan İçin” tamaşasında çıxış edib. 1970-ci ildə Ankara konservatoriyasını bitirib. Ankara dövlət teatrında quruluş verilən tamaşalarda iştirak edib, həmçinin səsləndirmə aktyoru qismində özünü sınayıb. Bir müddətdən sonra paralel olaraq Hacettepe universitetində dərs deyib. 1998-ci ildə Bilkent Universitetində işə düzəlib. 1987-ci ildə Zerrin adlı teatr aktrisası ilə ailə qurub. Cütlük 10 il sonra yollarını ayırıb. Onların Hira adlı oğulları var (1989-cu ul təvəllüdlü), teatr rejissorudur. Çetin Tekindor ən məşhur rollarından birini 1983-cü ildə oynayıb. Belə ki, Yücel Çakmaklığının “Küçük ağa” serialında baş rola çəkilib. Serialda hadisələr XX əsrin əvvəlində cərəyan edir. Baş qəhrəman islam dini üzrə təhsil alan yeniyetmədir. Böyüdükdən sonra Türkiyənin istiqlal mübaribəsində liderlərdən biri olub. Serial o qədər populyarlıq qazanır ki, Tekindoru həyatda da “Küçük ağa” deyə çağırırlar. Onun iştirakı ilə çəkilmiş digər məşhur film Çağan Irmakın “Atam və oğlum” filmi sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/%C3%87etin_Tekindor

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç