Taner Birsel

Taner Birsel

Aktyor

BİOQRAFİYA

Taner Birsel – türkiyəli aktyordur. Daha çox “Yay kitabı”, “Bizim böyük məyusluq”, “Bir zamanlar Anadoluda”, “Kəpənəyin yuxusu” filmlərində, həmçinin "Qiymətsiz zaman" serialında oynadığı rolları ilə tanınır. Taner Birsel 1959-cu ildə Türkiyənin Manisa vilayətinin Axisar şəhərində anadan olub. 1976-1980-ci illərdə jurnalistika üzrə ali təhsil alıb. 1981-ci ildə İstanbulun Memar Sinan adına İncəsənət Universitetinin Konservatoriyasına qəbul olunub. Məzun olduqdan sonra Birsel İstanbul dövlət teatrının truppasına qoşulub. Teatrda 30-dan çox tamaşada, o cümlədən “Kral Lir” və “Sirano de Berjerak”, “Hamlet”, “Dantonun ölümü” və başqa tamaşalarda səhnəyə çıxıb. Ekranlarda ilk dəfə 1995-ci ildə rejissor Yavuz Özkanın “Qadın anatomiyası” dramında görüntülənib. Ardınca “Pul təqibi”, “Fil və ot”, “O da məni sevir”, “Şəlalə” və digər layihələrdə aktyor qismində iştirak edib. 2008-ci ildə Taner rejissor Seyfi Teomanın “Yay kitabı” dramında baş rola çəkilib. 2010-cu ildə “Ada: Zombilərin toyu” komediya filminin çəkilişlərində iştirak edib. Daha sonra “Qiymətsiz zaman” serialının çəkilişlərinə qatılıb, orada baş rollardan biri ona nəsib olub. Ardınca rejissor Seyfi Teomanın “Bizim böyük məyusluq” dramında və Nuri Bilge Ceylanın “Bir zamanlar Anadoluda” kriminal dramında iştirak edib. Çəkiliş meydanını Məhəmməd Uzuner, Yılmaz Erdoğan kimi aktyorlarla bölüşüb. Həmçinin rejissor Yılmaz Erdoğanın “Kəpənəyin yuxusu” tarixi bioqrafik melodramında rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/taner_birsel/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç