Ekran əsəri tamaşaçını Birinci Hindçin müharibəsinin qızğın çağına - 50-ci illərin əvvəlinə aparır. Süjet iki xəttlə - siyasi və sevgi xətti ilə inkişaf edir. Sevgi xəttində - yaşlı ingilis jurnalist Tomas Fauler və vyetnamlı cavan qız arasında eşq yaşanır. Siyasi xəttdə isə Sayqonda gedən hərbi münaqişə və ABŞ-ın hərbi müdaxiləsi işıqlandırılır. Bu müdaxilə Vyetnam müharibəsinin başlanmasına səbəb olur. Fauler qaynar nöqtələrdən reportajlar çəkərək, onları Londona ötürür. Digər qəhrəman amerikalı Payl isə baş verən qanlı hadisələrin canlı iştirakçısı olur. O ABŞ-ın Vyetnamla bağlı yürütdüyü siyasətin canlı təcəssümünə çevrilir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar