Rade Şerbeciya

Rade Şerbeciya

Aktyor, rejissor, ssenarist, bəstəkar

BİOQRAFİYA

Rade Şerbeciya 27 iyul 1946-cı ildə Xorvatiyanın Lika vilayətinin Buniç kəndində anadan olub. 1969-cu ildə Zaqreb Universiteti nəzdində Dram incəsənət Akademiyasını bitirib. Aktyorun yaradıcılıq yolu teatr səhnəsindən başlayıb. Yuqoslaviyada 1974-cü ildə oynadığı Hamlet rolu ilə məşhurlaşıb. Daha sonra “Padşah Edipi”, “Don Juan”, “Riçard III” tamaşalarında çıxış edib. Ardınca kinofilmlərə dəvətlər gəlməyə başlayıb. Qərb dünyasında “Hannanın müharibəsi” filmində yüzlərlə uşağı holokostdan xilas etmiş qadından ifadə alan zabit rolu ilə məşhurlaşıb. Novi Sad (Serbiya) şəhərində İncəsənət Akademiyasının professoru olub. 90-cı illərdə Londonda Kolin Redqrevin Teatr Truppasında çalışıb. Balkanlarda başlayan müharibə ilə əlaqədar aktyorun ailəsi Xorvatiyadan Belqrada köçməli olub. Keçmiş Yuqoslav ölkələrində kinoya çəkilməyə cəhd edib. Ancaq vəziyyətin ürəkaçan olmadığını görərək əvvəl Sloveniyaya, sonra isə Birləşmiş Ştatlara mühacirət edib. 2000-ci ildə Borislav Vuyçiç Şerbeciya ilə birlikdə “Uliss” teatrının əsasını qoyub. Orada həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərir. Serbiya və Xorvatiya ilə yanaşı Avropa və ABŞ istehsalı olan filmlərə də çəkilir. Xarizmatik xarici görünüşünə görə ona başlıca olaraq mənfi obrazlar nəsib olur. 1990-cı illərdən etibarən aktiv şəkildə Hollivudun kinolayihələrində iştirak edir. Böyük kinoda ən əlamətdar rolları Stenli Kubrikin “Geniş bağlı gözlərlə” filmində Miliç, “Böyük Qənimət” kriminal komediyasında rus mafiozu Boris “Ülgüc”, “Çətin Tapşırıq 2” filmində rus əsilli biokimyaçı Vladimir Nexoroviç, “Kosmik kovboylar“ filmində oliqarx İvan Tretyak, “Harri Potter və Ölüm Vergisi” filmində bolqar sehrbaz Qreqoroviç, “Avrotur” filmində slovak Tibor, “24 saat” teleserialında sovet generalı Dmitri Qredenko, “Səth” serialında bioloq Aleksandr Sirko, “İks Adamlar: Birinci Sinif” filmində rus generalı rolları sayılır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rade_%C5%A0erbed%C5%BEija 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç