Brendan Freyzer

Brendan Freyzer

Aktyor, prodüser

BİOQRAFİYA

Brendan Freyzer 3 dekabr 1968-ci ildə ABŞ-ın İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlib. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-ın başqa şəhərlərində yaşayıb. Freyzerin ailəsi Kanada əsilli olduğu üçün fransız dilində sərbəst danışır. Atası işləri ilə əlaqədar daha çox Kanadada fəaliyyət göstərirdi. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edib. Brendan Freyzer professional film karyerasına 1991-ci ildən başlayıb. “İt mümarizəsi” (1991), “Ensinolu adam” (1992),“ Boş başlılar” (1994), “Cunqliyalı Corc” (1997), “Keçmişdən partlayış” (1999), “Mumiya” (1999), “Mumiya qayıdır” (2001), "Mumiya: Əjdaha İmperatorunun Qəbr” (2008), “Yer planetindən qaçış” (2013) filmlərindəki rolları ilə tanınır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak etməyə başlayıb. 1998-ci ildə Freyzer özündən bir yaş böyük Afton Smitlə evlənib. Onların üç uşağı var: Qriffin Artur (2002), Holden Fletçer (2004) və Leland (2006). Brendan və Afton rəsmi olaraq 2007-ci ildə ayrılıblar. Freyzer fotoqrafçılıqla maraqlanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Brendan_Freyzer

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç