Fillip Noys

Fillip Noys

Rejissor

BİOQRAFİYA

Fillip Noys 29 aprel 1950-ci ildə Qriffit şəhərində (Avstraliya) anadan olub. 1975-ci ildə Noys özünün ilk filmini, 50 dəqiqəlik “Tanrı bilir niyə, amma bu işləyir” sənədli filmini çəkib. Noysun ilk tammetrajlı filmi tanınmış avstraliyalı aktyor Bill Hanterin iştiraki ilə çəkilmiş “Backroads” filmi olur. Daha sonra “Kinofront” filmində rol alır. Film Avstraliya Kinematoqrafiya və Televiziya Akademiyası tərəfindən “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən orijinal ssenari” kateqoriyaları üzrə mükafatlara namizəd göstərilib. London kinofestivalının açılışı bu filmlə olub, həmçinin Nyu-York kinofestivalında da iştirak edib. Nikol Kidmanın iştirakı ilə çəkilən “Ölü sakitliyi” filminin beynəlxalq uğuru Fillip Noysun Hollivuda gedən yollarını açmış olur. Burada o, altı film çəkib. Onlardan ikisi “Vətənpərvərlərin oyunları” və Harrison Fordun iştirakı ilə çəkilmiş “Birbaşa və aşkar təhlükə” siyasi trillerləridir. 2002-ci ildə rejissor Avstraliyaya qayıdır və burada “Dovşanlar üçün qəfəs” filmini çəkir, elə həmin il “Sakit amerikalı” filmi də ekran üzü görür. Fillip Noysun ən çox gəlir gətirən filmi 2010-cu ildə çəkilmiş “Solt” filmidir. Film 295 milyon dollar gəlir əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Phillip_Noyce

 

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç